Dünya

Ekvador polisi Meksika səfirliyinə basqın edib

Bugun.tv xəbər verir ki, ekvador polisi 2022-ci ilin dekabrından Meksikanın Quitodakı səfirliyində qalan Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlası saxlamaq üçün səfirliyə basqın edib.

Milli mətbuatda yer alan xəbərə görə, polis Quitodakı Meksika səfirliyinə girərək, Meksika hökumətinin siyasi sığınacaq verəcəyini açıqladığı Qlası saxlayıb.

Meksikanın Kitodakı səfirliyinin siyasi məsələlər üzrə məsul işçisi Roberto Kanseko jurnalistlərə bildirib ki, Ekvador polisi səfirliyə zorla daxil olub və əməkdaşlarına hücum edib.

Basqına reaksiya verən Canseco, “Bu, qətiyyən qəbuledilməzdir! Bu, sözün əsl mənasında barbarlıqdır. Biz Qlasın həyatından narahatıq”, – deyib.

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu