17 C
Baku
27 Oktyabr 2025, 3:54
Dünya

Ekvador seçkilərə görə Kolumbiya və Peru ilə sərhədini müvəqqəti bağladı!

Ekvadorda 9 fevral bazar günü keçiriləcək ümumi seçkilər səbəbilə qonşu ölkələr Kolumbiya və Peru ilə quru sərhədləri müvəqqəti bağlanıb. 13 milyondan çox insan prezidenti, vitse-prezidenti və Milli Assambleyaya 151 deputatı seçmək üçün səs verəcək.

Ekvador prezidenti Daniel Noboa X sosial media platformasında verdiyi açıqlamada, “Silahlı qrupların sabitliyi pozma cəhdləri qarşısında sərhədlər 8 fevral şənbə günündən 10 fevral bazar ertəsi gününə qədər bağlı qalacaq” deyib.

Kolumbiya və Perunun quru sərhədlərinin bağlanması ilə yanaşı, hərbçilərin və polisin seçkilərin təhlükəsiz şəkildə başa çatması üçün mütəşəkkil cinayətkar dəstələrin mümkün hücumlarına qarşı tədbir görəcəyi bildirilib.

Bu arada, ümumi seçkilərdən əvvəl kampaniyasını davam etdirən Noboa yenidən seçilmək üçün Quayaquil şəhərinin mərkəzində tərəfdarları ilə görüşdü.

Bazar günü, fevralın 9-da Ekvadorda 13 milyondan çox insan prezident, vitse-prezident və Milli Assambleyaya 151 deputat seçmək üçün səs verəcək.

Təxminən 16 namizədin yarışacağı seçkilərdə 37 yaşlı prezident Noboanın ən böyük rəqibinin Vətəndaş İnqilabı Hərəkatının lideri Luis Qonzales olacağı təxmin edilir.

Mənbə: Ahaber

Aynur Camal

Oxşar xəbərlər

“Bir həftə ərzində ölkəmizi tərk edin!” 

Aynur Camal

Netanyahu: İsrail Qəzza əməliyyatını HƏMAS məhv edilənə qədər dayandırmayacaq

İntizar Əmirova

Putin Patriarx Kirilllə görüşdü

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu