14 C
Baku
22 Noyabr 2024, 10:58
Baş xəbərDünya

Ekvadorda fövqəladə vəziyyət rejimi elan edildi

Ekvador hökuməti həbsxanalarda xaotik vəziyyət səbəbindən ölkədə fövqəladə vəziyyət rejimi elan edib.

Bugun.tv xəbər verir ki, fövqəladə vəziyyət rejimi ilə bağlı ölkə ərazisində toplaşmaq hüququ müvəqqəti məhdudlaşdırılacaq və 60 gün ərzində gecələr komendant saatı tətbiq olunacaq.

Bu yaxınlarda Ekvador həbsxanalarında cinayətkar dəstələr arasında şiddətli toqquşmalar qeydə alınıb. Nəticədə mühafizəçilər girov götürülüb, “Los Choneros” qruplaşmasının rəhbəri “Fito” ləqəbli Adolfo Macias isə həbsxanadan qaçıb.

“Narkotik ticarəti, sifarişli qətllər və mütəşəkkil cinayətkar qruplaşmaların hökumətə diktə etdiyi günlər geridə qalıb. Biz artıq həbsxanalarda nəzarəti bərpa etdik”, – deyə Prezident Daniel Noboa çıxışında bildirib.

Son illər Ekvadorda zorakılıq hallarında kəskin artım müşahidə edilir. 2022-ci ildə ölkədə 100 min nəfərə təxminən 25 qətl hadisəsi qeydə alınıb. Həbsxanaların bir çoxu cinayətkar qruplaşmalar tərəfindən idarə olunur və orada mütəmadi olaraq toqquşmalar baş verir.

İntizar Əmirova

Oxşar xəbərlər

Keçmişdə baş vermiş hadisələri yenidən yaşaya bilərik

Aynur Camal

Ölkə düyü qıtlığının öhdəsindən gələ bilmir: İnsanlar çuval oğurlamağa başladılar

Aynur Camal

Ağdaşda narkokuryerdən külli miqdarda narkotik vasitə və “Kalaşnikov” avtomatı götürüldü

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu