Baş xəbərDünya

Ekvadorda fövqəladə vəziyyət rejimi elan edildi

Ekvador hökuməti həbsxanalarda xaotik vəziyyət səbəbindən ölkədə fövqəladə vəziyyət rejimi elan edib.

Bugun.tv xəbər verir ki, fövqəladə vəziyyət rejimi ilə bağlı ölkə ərazisində toplaşmaq hüququ müvəqqəti məhdudlaşdırılacaq və 60 gün ərzində gecələr komendant saatı tətbiq olunacaq.

Bu yaxınlarda Ekvador həbsxanalarında cinayətkar dəstələr arasında şiddətli toqquşmalar qeydə alınıb. Nəticədə mühafizəçilər girov götürülüb, “Los Choneros” qruplaşmasının rəhbəri “Fito” ləqəbli Adolfo Macias isə həbsxanadan qaçıb.

“Narkotik ticarəti, sifarişli qətllər və mütəşəkkil cinayətkar qruplaşmaların hökumətə diktə etdiyi günlər geridə qalıb. Biz artıq həbsxanalarda nəzarəti bərpa etdik”, – deyə Prezident Daniel Noboa çıxışında bildirib.

Son illər Ekvadorda zorakılıq hallarında kəskin artım müşahidə edilir. 2022-ci ildə ölkədə 100 min nəfərə təxminən 25 qətl hadisəsi qeydə alınıb. Həbsxanaların bir çoxu cinayətkar qruplaşmalar tərəfindən idarə olunur və orada mütəmadi olaraq toqquşmalar baş verir.

Bugün TV

Oxşar xəbərlər

İran ABŞ-ın “iqtisadi terrorizmi” ilə bağlı BMT Təhlükəsizlik Şurasına məktub göndərib

Aynur Camal

BMT: Atəşkəsdən 10 aydan çox vaxt keçsə də, Qəzzadakı vəziyyət qəbuledilməzdir

Aynur Camal

İngilis çayı Hindistan çayından nə ilə fərqlənir?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu