Latın Amerikası ölkəsi Ekvador həddindən artıq yağışla mübarizə aparır. Güclü yağışlar sel və torpaq sürüşməsinə səbəb olub.
İlkin məlumata görə, sürüşmə nəticəsində 6 nəfər həyatını itirib, 19 nəfər yaralanıb. Xilasetmə qrupları bölgədə işlərini davam etdirir.
Ekvador polisinin işi nəticəsində yaralılar və həyatını itirənlər xəstəxanalara yerləşdirilib.
Nəqliyyat və İctimai İşlər Naziri Roberto Luke, 3 su elektrik stansiyasında fəaliyyətlərin də fırtınadan təsirləndiyi barədə məlumatı paylaşdı.
Risklərin idarə edilməsi üzrə katib Xorxe Karrillo Tutiven və nəqliyyat və ictimai işlər naziri Roberto Luke ərazini yoxlamaq üçün fəlakət bölgəsinə gəlib.
Mənbə: TGRT
