Bugun.tv xəbər verir ki, bu barədə milli mətbuat xəbər verib. Təhlükəsizlik qüvvələri Antiokiya inzibati bölgəsindəki Taraza qəsəbəsinin kənd ərazisində əməliyyat keçirərək “El Mocho” ləqəbli Federiko Kardonanı ələ keçirib. Əməliyyat zamanı 2 kilo maye kokain və 1 kiloqramdan çox narkotik vasitə ələ keçirilib.
Narkotik daşınması, adam oğurluğu, qəsb və dəstə yaratmaq ittihamları ilə mühakimə olunacağı gözlənilən narkabaronun ABŞ-a ekstradisiya edilib-edilməyəcəyi yaxın həftələrdə bəlli olacaq. Onun məşhur narkotik alverçilərindən biri olan “Otoniel” ləqəbli Dairo Antonio Usuqanın qardaşı oğlu olduğu öyrənilib.
“Otoniel” 2021-ci ilin oktyabrında hərbçilərlə polisin birgə əməliyyatı nəticəsində ələ keçirilib. Sonra ABŞ-a təhvil verilib. ABŞ-da 45 il həbs cəzası alan Otoniel Clan del Golfo təşkilatının rəhbəri kimi tanınıb.
Müxbir Qaytən Qasımzadə
Mənbə trthaber