DünyaHadisə

Elba adasında yanğın oldu: 700 nəfər təxliyə edildi

Bugun.tv xəbər verir ki, İtaliyanın qərbindəki Elba adasında dünən axşam saatlarında başlayan meşə yanğını ilə əlaqədar 700-ə yaxın insan təxliyə edilib. Adada yanğınsöndürmə işlərinə çoxlu sayda komanda, 2 yanğınsöndürmə təyyarəsi və 2 yanğınsöndürmə helikopteri qatılıb. Elba adasının inzibati olaraq bağlı olduğu Toskana Regional Rəhbərliyi mənbələri də dünən gecə baş verən yanğının bu gün səhər saatlarında nəzarətə alındığını və soyutma işlərinin davam etdiyini açıqlayıb. İlkin təsbitlərə görə, adada baş verən yanğında 14 hektar əraziyə ziyan dəyib.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Mail.ru poçtunda böyük dəyişiklik: xarici proqramlara giriş pullu ola bilər

Aynur Camal

Böyük Britaniyada 17 min illik mağara rəsmləri yenidən qiymətləndirilib

Aynur Camal

İki helikopterin toqquşması nəticəsində altı nəfər öldü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu