“Ehtiyatlı, soyuqqanlı, emosiyalarla çıxış etməməliyik. Fikir bildirmədən araşdırmalıyıq.
Bir zamanlar Amerika İraqa hücum etməkdən üçün Amerikanın 2-ci adamı BMT də , guya İraqda biologi silah olduğu barədə fikir yürütdü və şüşə qabda “nəyisə” göstərdi. Nəticədə İraq xarabazara çevrildi və “biologi silah” tapılmadı. Kimisə günahkar elan etdilərmi? Yox! Nəticədə yüz minlərlə müsəlman qətlə yetirildi. Nəzərə alsaq ki, savaş olarsa, İran ordusunun da 70%-i azərbaycanlılardır və hər 2 tərəfdən şəhid olanlar biz olacağıq”.
Bugun.tv xəbər verir ki, bu sözləri politoloq Elçin Axundzadə öz facebook hesabında qeyd edib.
“Azərbaycanı kiminsə “kaprizinə” görə poliqona çevirməməliyik və əsgərlərimizi qorumalıyıq. Nə etməli? İranda 30 milyondan çox həmvətənlərimiz yaşayır. Onlarla işləməyi intensivləşdirməliyik və bu işdə bizə dəstək olan dövlətlərlə sıx əməkdaşlıq etməliyik. “Dovşan qaç, tazı tut” prinsipini yaddan çıxarmamalıyıq”, – deyə o, yazıb.