17 C
Baku
10 İyun 2025, 2:07
MüsahibəSiyasət

Elçin Mirzəbəyli: “Ərdoğanın ölkəmizə səfərləri hər zaman dünyanın diqqət mərkəzində olub”

“Türkiyə prezidentlərinin ilk səfərlərini Şimali Kipr Türk Respublikasına (ŞKTR) və Azərbaycana etmələri ənənə xarakteri daşıyır. Bu baxımdan, Rəcəb Tayyib Ərdoğan kimi milli dəyərlərə, ənənələrə sadiq olan bir dövlət başçısının ŞKTR-dən sonra ölkəmizə səfər etməsi qədər təbii heç nə ola bilməz”.

Bu fikri Bugun.tv-yə özəl açıqlamasında politoloq Elçin Mirzəbəyli bildirib.

E.Mirzəbəyli qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfərləri hər zaman region dövlətlərinin və dünyanın diqqət mərkəzində olub. Amma bu dəfə vəziyyət tamamilə fərqlidir.

“Çünki Türkiyədə keçirilən son seçkilərdə istiqlalına, milli dəyərlərinə sahib çıxan Türkiyə ilə qardaş ölkəni yenidən xarici amillərdən asılı vəziyyətə salmaq istəyənlər mübarizə aparırdı. Və bu mübarizədə milli iradə “demokratiya”, “insan haqları” kimi yalnız Qərbin işinə yarayanda yada düşən ifadələrlə süslənmiş imperializmə qalib gəldi. Seçki qutularından Rəcəb Tayyib Ərdoğanın adı ilə yanaşı Türk Dünyasının birliyi, bütövlüyü də çıxdı. Türk xalqı XIX əsrin sonlarından başlayaraq, Azərbaycandan Türkiyəyə və Türk Dünyasına qanad açan, son 20 il ərzində isə sözdən əmələ keçən, gerçəkliyə çevrilən ideallara səs verdi. Türk xalqı Türkiyə-Azərbaycan sevgisini, qardaşlığına, Türk Dünyasının bütövlüyünə və işıqlı gələcəyini və təbii ki, güclü Türkiyəni seçdi.

Bu baxımdan, səfərin tarixi əhəmiyyət daşıyacağını, dosta və dost olmaq istəməyənlərə mesajlarla zəngin olacağını, Azərbaycan-Türkiyə müttəfiqliyinin yeni yüzili ili bağlı bəzi mühüm məqamları ifadə edəcəyini düşünürəm. Proqramla bağlı detallar açıqlanmasa da tarixi səfər olacağını düşünürəm”, – politoloq vurğulayıb.

Nigar Məmmədova

Oxşar xəbərlər

“Azərbaycan və Pakistan qarşılıqlı hörmət, etimad və ortaq dəyərlərə əsaslanan güclü və möhkəm əlaqələr qurub”

Elnarə Dərziyeva

ABŞ Kemp Devid Sammiti ilə Asiya-Sakit okeanda Çinə qarşı əməkdaşlığı gücləndirir

Teymur Əziz

Şoyqu Putin Avdiivkanın müdafiə nazirliyinin tam nəzarətində olduğunu söylədi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu