17 C
Baku
10 İyun 2025, 7:22
Baş xəbərSiyasət

Elçin Mirzəbəyli: “Ermənistanın həyata keçirtdiyi istənilən təxribat cavabsız qalmayacaq”

“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən görüşündən sonra Rusiya tərəfindən səslənən bəyanatlar, eyni zamanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın yerli mətbuata verdiyi açıqlamalarda nəzərə çarpan ziddiyyətli məqamlar rəsmi İrəvanın yenidən təxribatlara əl ata biləcəyi ehtimalını ortaya qoyur. Bu, Nikol Paşinyanın Moskvaya səfərindən və paradda iştirakından, eləcə də kollektiv təhlükəsizlik müqaviləsi missiyasının Ermənistana gətirilə biləcəyi ilə bağlı səsləndirdiyi fikirlərdən sonra mahiyyət etibarı ilə daha çox ciddi faktor kimi çıxmağa başladı. Çünki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyasının Ermənistana gətirilməsinə zərurət yaranıbsa, daha doğrusu Ermənistanı buna məcbur ediblərsə, o zaman ən azı Avropa İttifaqının missiyasının gözünə pərdə asmaq üçün, həmçinin Ermənistanın müəyyən qədər də olsa, mövcud situasiyada guya məcburiyyət qarşısında qaldığını önə çəkmək üçün müəyyən bəhanələrin yaranmasına ehtiyac var. Bu da faktiki olaraq Ermənistan tərəfindən yaradılıb. Bu prossesdə nəzərə çarpan qabarıq faktorlardan biri Azərbaycana qarşı təxribatda İrana məxsus pilotsuz uçuş aparatlarından istifadə olunmasıdır. O aparatlar ki, hazırda Ukraynada törədilən müharibə cinayətlərində ən “önəmli” yerdə dayanırlar və mülki vətəndaşların qətlə yetirilməsində bilavasitə bu aparatlardan istifadə olunur”.

Bu fikri Bugun.tv-yə özəl açıqlamasında politoloq Elçin Mirzəbəyli bildirib.

“İran terror dövlətidir. Əslində baş verənlər həm də İranın müdaxiləsini göstərir və eyni zamanda, İranın Ermənistanı silahlandırma istiqamətində davamlı təxribatlara davam etməsini faktiki olaraq sübuta yetirir. Bu faktor şübhəsiz ki, Brüssel görüşü ərəfəsində prosseslərin sıfır nöqtəsinə qaytarılması və yaxud ümumiyyətlə, görüşün baş tutmaması üçün həm də Ermənistanın maraqlarına uyğun olan vəziyyətdir. Çünki Vaşinqton görüşünün nəticələri beynəlxalq hüququn norma və prinsiplərinə söykənən bir irəliləyişin əldə olunduğunu söyləməyə əsas verir. Brüssel görüşü də şübhəsiz ki, Vaşinqton görüşünün davamı olaraq daha çox nəticələrə nail olmaq üçün zəmin yarada bilərdi. Amma Moskva ənənəvi qaydasına uyğun olaraq ziddiyətlər və qarşıdurmalar yaradır. Daha sonra atəşkəsin əldə edilməsinə guya nail olur və bundan sonra isə özünün bölgədə yeganə təhsil gücünə və imkanına yiyələndiyini sübuta yetirmək üçün hansısa bir formada danışıqlar prosesinin həyata keçirilməsinə cəhd göstərir”.- Elçin Mirzəbəyli qeyd edib.

Politoloq bildirib ki, bu provakasiya və təxribatın əsasında çox güman ki, rəsmi Moskvanın ənənəvi davranışları rol oynayır. Lakin reallıq bundan ibarətdir ki, indiki halda əgər təxribatçı davranışlar ölkədəki Azərbaycan hərbçilərini və mülki vətəndaşlarını, həmçinin işğaldan azad edilmiş Azərbaycan ərazilərindəki bərpa işlərini hədəf alırsa, bu aspektdən də problemin kökü nəticə etibarı ilə həllinə nail olmaq üçün Azərbaycan antiterror əməliyyatları keçirmək məcburiyyətində qalacaq. İndiki şəraitdə Ermənistanın həyata keçirtdiyi istənilən təxribat bu ölkənin özünə qarşı yönələcək.

Nigar Məmmədova

Oxşar xəbərlər

Özünə hörmətinizi necə artırmaq olar?

Aynur Camal

Messinin yeni ünvanı bəlli oldu

Teymur Əziz

Moskvadan Tbilisiyə gələn təyyarə eniş edə bilməyib

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu