25 C
Baku
10 Sentyabr 2025, 21:20
Kriminal

Elektrik avadanlığından istifadə ilə qanunsuz balıq ovlayan şəxs saxlanıldı

Bugun.tv xəbər verir ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları respublikanın sututarlarında brakonyerliyə, balıq və balıq məmulatlarının qanunsuz ovlanması, satılması, ölkədən kənara çıxarılması və digər hüquq pozuntularının qarşısının alınması məqsədilə əməliyyat və profilaktiki tədbirləri davam etdirirlər.

DİN-nin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat verib. Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt polis məntəqəsinin tədbirlər nəticəsində Qazax rayon Ağstafaçay Su Anbarında qeyri-qanuni balıq ovu ilə məşğul olan İ. Aşırov saxlanılıb. Yoxlama zamanı ondan 1 ədəd rezin qayıq, 2 ədəd avar, 1 ədəd elektrik cərəyanını artıran cihaz, 1 ədəd akkumlyator, 1 ədəd “domça” adlandırılan balıqovlama vasitəsi, ümumi çəkisi 22 kiloqram olan 95 ədəd daban (karas) balığı və digər əşyalar götürülərək su polisinin əməkdaşları tərəfindən protokollaşdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müxbir: Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

Balakəndə bir gecədə 2 mağazanı qarət edən şəxs “isti izlər”lə saxlanılıb (FOTO)

Teymur Əziz

Narkokuryerlik edən şəxs tutuldu

Aynur Camal

Bazara silahlı hücum olub

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu