24 C
Baku
11 Sentyabr 2025, 21:38
Dünya

Elektron siqaret çəkən qadının ciyərləri qızardılmış toyuq kimi partladı

ABŞ-da yaşayan Hannah Roth elektron siqaretlər üzündən az qala öləcəkdi. Rotun oğlu anasının ağciyərlərindən gələn səsə görə “qızardılmış toyuq kimi partladığını” şərh edib.

Elektron siqaretlərin zərərləri ilə bağlı araşdırmaların üzə çıxardığı böyük təhlükəyə baxmayaraq, onların istifadəsi günü-gündən artır. ABŞ-da 30 yaşlı Hannah Roth elektron siqaretə görə az qala həyatını itirəcəkdi.

4 ildir elektron siqaretdən istifadə edən Hannanın ciyərlərindən güclü partlayış eşidilib, qızdırması 40 dərəcəyə çatıb və o, təcili xəstəxanaya yerləşdirilib.

“GÜNÜN HƏR SAATINDA ELEKTRON SİQARET ÇƏKİRDİM”.

Həkimlər Hannanın ağciyərlərinin 80 yaşlarında birinin ağciyərlərinə bənzədiyini bildiriblər.

Hanna, “Həkim içəri girdi və rentgenimi göstərdi. Elektron siqaretdən istifadə edib-etmədiyimi soruşdu. Dedi ki, buna görə sətəlcəm xəstəliyinə tutulmusan. Çantamdakı elektron siqareti götürüb içəri atdı. Mən günün bütün saatlarında siqaret çəkirdim, çünki baxmalı olduğum iki övladım var idi” deyib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Kibertəhlükəsizliklə bağlı danışıqlar aparılacaq

Aynur Camal

Hər 4 nəfərdən biri İranda yoxsulluqdan da aşağı səviyyədə yaşayır

Aynur Camal

Türkiyə 2028-ci ildə “Kaan” hərbi təyyarəsinin kütləvi istehsalına başlayacaq

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu