12 C
Baku
28 Aprel 2026, 7:52
Baş xəbərTexnologiya

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq etdi

Bugun.tv xəbər verir ki, Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara “Telegram” vasitəsilə göndərilən saxta keçidlər barədə xəbərdarlıq edib.

Son günlər “Telegram” vasitəsilə vətəndaşlara müxtəlif profillər adından saxta keçidlər göndərilir. Həmin keçidə daxil olduqdan sonra vətəndaşdan “Telegram”da qeydiyyatdan keçərkən istifadə etdiyi mobil nömrəsini daxil etməsi tələb olunur. Daha sonra vətəndaşa təsdiqləmə kodu göndərilir. Vətəndaş təsdiqləmə kodunu daxil etdikdən sonra onun “Telegram” hesabı və yazışmaları ələ keçirilir. Həmçinin ələ keçirilmiş hesabdan bot kimi istifadə edilərək həmin istifadəçi adından bu mesaj avtomatik olaraq onun “Telegram” istifadəçisi olan əlaqələrinə göndərilir.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşları belə mesajlara etimad etməməyə çağırır. Vətəndaşlara tövsiyə edilir ki, hər hansı qurum adından bu kimi mesajlar aldıqda, ilk növbədə, əlaqədar qurum vasitəsilə məlumatı dəqiqləşdirsinlər.

Həmçinin, vətəndaşlara şübhəli keçidlər vasitəsilə bank, mobil nömrə və digər fərdi məlumatlarını daxil etməmək, onlara göndərilən təsdiqləmə kodunu qarşı tərəfə təqdim etməmək tövsiyə olunur.

Bugün TV

Oxşar xəbərlər

Döyüş qərarlarını sürətləndirmək üçün Süni İntellektdən istifadə ediləcək

Aynur Camal

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Alimlər kosmik uçuşlar üçün süni yuxu texnologiyasına yaxınlaşıblar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu