Mədəniyyət

Əli Hüseynov UTSAF-ın Azərbaycan nümayəndəsi təyin edildi

Azərbaycan Dünya TV-nin direktoru, Anadolu Dermo Kimya Azərbaycan direktoru və iş adamı Əli Ramizoğlu Hüseynov UTSAF-ın (Uluslararası Sağlık Turizmi Federasyonu) Azərbaycan nümayəndəsi təyin edilib.

BTV xəbər verir ki, Ankarada keçirilən vəzifə təqdimatı mərasimində UTSAF-ın başqanı Dr. Fariba Nazari Əli Hüseynova yeni vəzifəsini rəsmi şəkildə təqdim edib.

Təqdimat mərasimində UTSAF-ın sədr müavini Muhammet Kaçar və Anadolu Dermo Kimyanın İdarə Heyətinin üzvü Gökhan Aktay da iştirak ediblər.

Yeni təyinatın Türkiyə ilə Azərbaycan arasında, xüsusilə səhiyyə turizmi və ticarət başda olmaqla, müxtəlif sahələrdə əməkdaşlığın inkişafına töhfə verməsi hədəflənir.

UTSAF-ın Azərbaycandakı yeni strukturlaşması çərçivəsində iki qardaş ölkə arasında səhiyyə, ticarət və investisiya sahələrində yeni layihələrin həyata keçirilməsi planlaşdırılır.

Mənbə: BTVxeber

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Azərbaycan Mədəniyyəti platforması “Şuşadan Dünyaya” layihəsində uğurla çıxış etdi

Elnarə Dərziyeva

Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

Aynur Camal

Güngör Yavuzaslan: “Qüdsün kitabını yazmalıyam”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu