10 C
Baku
22 Dekabr 2024, 23:13
Baş xəbər

“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi paytaxtda növbəti dəfə təlim təşkil etdi

Bugun.tv xəbər verir ki, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi BMT-nin Qadınlara qarşı zorakılığa son qoymaq üçün Etimad Fondunun (UN Trust Fund to End Violence against Women) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bakı şəhəri, Gəncə şəhəri və Quba-Xaçmaz bölgəsində əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsini uğurla davam etdirir.

Layihə çərçivəsində dövlət qurumlarına təlim təşkil olunub. Təlim gün ərzində, peşəkar təlimçi Etika Akademiyasının direktoru Günel İbrahim tərəfindən keçilib.

O, bu barədə Bugun.tv-yə müsahibə verib. Bildirib ki, məqsəd dövlət, vətəndaş cəmiyyəti və özəl təşkilatların iştirakı ilə əlilliyi olan qadın və qızlara qarşı ictimai yerlərdə münasibətin dəyişməsi, zorakılıq hallarının qarşısının alınması, onlar üçün ictimai xidmətlərin müyəssərliyinin və keyfiyyətinin yaxşılaşdırılmasıdır.

Təlimdə Günel İbrahim maraqlı metodlardan istifadə etməklə iştirakçıların diqqətini beyin məşqləri ilə yoxlayıb. İlkin və təlimdən sonrakı testlərin təyin edilməsi auditoriyanın diqqətini çəkib:

“Təlimdə dövlət təşkilatlarının işçilərini və xidmət personalı üçün əlilliyi olan qadınlar və qızlara diqqət yetirməklə onlara peşəkar etik ünsiyyət üzrə praktiki təlimat keçdim. Xidmət mütəxəssislərinin öhdəlikləri və vəzifələri ilə bağlı hazırladığım təlimat böyük maraq doğurdu”.

Qeyd edək ki, təlimdə xidmət mütəxəssisi (sosial xidmət işçisi) (Social service specialist) – xüsusi qayğıya ehtiyacı olan insana evdə və ya xidmət mərkəzində qulluq göstərən, bu sahədə peşəkar səviyyədə təhsil almış mütəxəssislə bağlı, həmçinin, xidmət sənədi (Service document), yəni müraciət edən şəxsin qayğıya ehtiyacı olub-olmadığını, vəziyyətin dərəcəsini, xidmət və təminat növlərini özündə əks etdirən, xidmət heyəti tərəfindən hazırlanan hesabat və xidmət strukturları (Service institutions, service agencies, service entities) – evdə və ya xidmət mərkəzində xüsusi qayğıya ehtiyacı olan insanlara sosial təminat xidmətləri təqdim etmək funksiyasını daşıyan hökumət və qeyri-hökumət qurumları haqqında geniş məlumat verilib”, – deyə G.İbrahim bildirib.

İştirakçı dövlət qurumlarının əməkdaşları və digər nümayəndələr təlimin təşkilindən məmnunluqlarını bildiriblər. Davamlı şəkildə keçirilməsinə ehtiyac olduğunu deyiblər.

Onu da deyək ki, Bakı şəhərində keçirilən təlimdə 25 nəfər iştirak edib.

Layihənin keşirilməsinin ümumi məqsədi isə yoxsul ailələrdən, o cümlədən, məcburi köçkün olan əlil qadınlar və qızlar üçün ictimai xidmətlərin əlçatanlığını və keyfiyyətini daha da artırmaqdır.

Qeyd edək ki, 3 illik nəzərdə tutulan layihə artıq 2 ilə yaxındır ki, icra olunur. Dövlət qurumları nümayəndələrinə keçirilən təlimin keyfiyyəti, psixoloji təlqinlər, mütəxəssis bacarığının yüksək səviyyədə təşkilinə hər il maraq daha da artır. Bu da öz növbəsində layihənin uğurlu fəaliyyətlərindən hesab olunur.

Bununla yanaşı, təlimlərin informasiya agentlikləri tərəfindən işıqlandırılması, sosial şəbəkələrdə davamlı gündəmdə olması səbəbindən layihə yüksək reytinq qazanıb.

Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edir və sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) müddəti ərzində icra olunacaq.

Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondu (UN Trust Fund to End Violence against Women) eksklüziv olaraq qadınlara və qızlara qarşı zorakılığın bütün formalarının həllinə həsr olunmuş yeganə qlobal qrant vermə mexanizmdir.

“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC İB) mətbuat xidməti.

14. İyun.2024

Elnarə Dərziyeva

Oxşar xəbərlər

HHQ komandanı ABŞ-da səfərdədir

Aynur Camal

Meşə sahəsində baş verən yanğın söndürüldü

Bugün TV

Narkotiklərin satışı ilə məşğul olan 25 nəfər saxlanıldı 

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu