19 C
Baku
22 Noyabr 2024, 14:53
Baş xəbərSosial

“Əlil Qadınlar Cəmiyyəti”i dövlət qurumlarının qatıldığı dəyirmi masada 6 aylıq hesabatını açıqlayıb

Bugun.tv xəbər verir ki, “Bakı, Gəncə şəhərləri və Quba-Xaçmaz bölgəsində əlilliyi olan qadın və qızların dövlət/ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi (2022-2025) çərşivəsində dəyirmi masa keçirilib.

“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası ərəfəsində Sosial Təhqiqatlar Mərkəzində dəyirmi masa keçirilib. Dəyirmi masa Sosial Tədqiqatlar Mərkəzi və “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Əlil qadınlar cəmiyyəti tədbir keçirdi
Dəyirmi masa

Dəyirmi masa “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin BMT-nin Etmad fondunun maliyyə dəstəyi “Bakı, Gəncə şəhərləri və Quba-Xaçmaz bölgəsində əlilliyi olan qadın və qızların dövlət/ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsinin dəstəyi ilə təşkil olunub.

Tədbirdə QHT rəhbəri Məhluqə Qaramanlı çıxış edib. Layihə haqqında ümumi məlumat verib. Bilidirib ki, ölkədə 25 noyabr – 10 dekabr tarixlərində “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına dair silsilə tədbirlər keçirilib və təşkil olunan dəyirmi masa da bunun tərkib hissəsidir.

Dəyirmi masa təşkil olunub
QHT sədri Məhluqə Qaramanlı hesabat açıqlayıb

M.Qaramanlı ictimai yerlərdə əlilliyi olan qadın və qızlara qarşı psixoloji və emosional zorakılığa son qoyulması, onların dövlət xidmətlərinə çıxışı ilə bağlı vəziyyətə diqqət çəkib. Dövlət qurumlarının əməkdaşlarından ibarət Koordinasiyası Şurasının məhz bu məqsədlə yaradıldığını bildirib. Layihə çərçivəsində son 6 ay ərzində həyata keçirilən tədbirlərin hesabatını açıqlayıb.

Sonra millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyyətinin sədr müavini, Elşad Mirbəşir oğlu çıxış edib. O, sosial sahədə əldə edilən nəaliyyətlərdən, əlilliyi olan qız və qadınlara münasibətdən və gələcəyə doğru görüləcək işlərdən danışıb. QHT-rə Dövlət Dəstəyi Agentliyinin Şura üzvü İsrail  İsgəndərov bu sahədə layihələrin, görüləcək işlərin mahiyyətini qeyd edib.

Layihənin dəstəyi ilə əlilliyi olan qız və  qadınlara keçirilən seminarlar üzrə təlimçi İradə Rizazadə əlilliyi olan qadınlara keçirilən seminarların mahiyyətinə diqqət çəkib. Bölgələrdəki vəziyyətdən söz açıb. Yerli icmaların gördüyü və görə biləcəyi işlərin önəmini vurğulayıb.

Əlil qadınlar cəmiyyətinin tədbiri
Layihənin təlimçisi İradə Rizəzadə

Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Mərkəzinin direktor müavini Nərmin Osmanlı, Dövlət Məşğulluq Agentliyinin Baş Mütəxəsisii İsmayıl Kərimovun təqdimatları, Beynəlxalq Avrasiya Fondunun sədri Ümid Mirzəyevin çıxışı iştirakçılar tərəfindən maraqla dinlənilib.

Dəyirmi masa keçirilib
Koordinasiya şurasının üzvlərinın çıxışı

STM-nin Sektor müdiri Əfqan Vəliyev bu sahədə araşdırmalara üstünlüyün verilməsinin önəmliyini vurğulayıb. Layihənin əməkdaşları Günel İbrahim,  monitorinq işləri üzrə koordinator Rima Məmmədovanın çıxışı olub. Əlilliyi olan qadınlar və onların yaxınları arasında aparılan sorğunun nəticələri açıqlanıb.

Daha sonra layihənin mətbuat xidmətinin rəhbəri, “Nurlu Sabah Gənclərə Qayğı” ictimai birliyinin təsisçisi  Elnarə Dərziyeva görülən işlərlə bağlı hesabat təqdim edib, mövcud problemləri gündəmə gətirib. Regionlarda əlillyi olan gənclərin məişət zorakılıqlarına məruz qaldıqlarını, məşğulluq təminatı məsələləsində bələdiyyələr tərəfindən süni maneələrlə rastlaşdıqlarını bildirib. “Gənclərə, həm də həssas qrupdan olan gənclərə daim qayğı göstərilməli, onların inkişafı üçün regionlarda şərait yaradılmalıdır. Amma təəssüf ki, bəzən bunun əksi ilə rastlaşırıq. XXI əsrdə yaşayırıq, ancaq bu kimi problemlərlə birgə yaşayırıq. Düşünürəm ki, “Əlil Qadınlar Cəmiyyəti”nin gerçəkləşdirdiyi bu layihə çox önəmlidir. Dəvətimizi qəbul edib, dəyirmi masada iştirak edən dövlət qurumlarının əməkdaşlarına, bu 1 il ərzində bizimlə olan Koordinasiya Şurasının üzvlərinə təşəkkürümü bildirirəm”, – “Nurlu Sabah Gənclərə Qayğı” ictimai birliyinin təsisçisi E.Dərziyeva əlavə edib.   

Əlil qadınlar cəmiyyətinin dəyirmi masası
“Nurlu Sabah Gənclərə Qayğı” ictimai birliyinin təsisçisi Elnarə Dərziyeva

  Çıxışlar ətrafında sual doğuran müzakirələr aparılıb. Azərbaycan Universiteti və Dövlət Mədəniyyət və İncəsənət Universitetlərinin Sosial İş fakültəsinin müəllim, tələbələri müzkirələrdə fəal iştirak ediblər.

“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası ərəfəsində təşkil olunan dəyirmi masaya 15-dən çox KİV nümayəndəsi qatılıb.

Dəyirmi masa keçirilib
İştirakçılarla xatirə fotosu

Qeyd edək ki, “Bakı, Gəncə şəhərləri və Quba-Xaçmaz bölgəsində əlilliyi olan qadın və qızların dövlət/ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsinin icrası 3 il müddətinə həyata keçiriləcək.

 

İntizar Əmirova

Oxşar xəbərlər

“Elektroenergetika haqqında” Qanun

Aynur Camal

Kondisioner mühərrikində yanğın başlaydı

İntizar Əmirova

Birja günü yüksəlişlə başa vurdu

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu