25 C
Baku
19 İyul 2025, 23:50
Baş xəbərSosial

“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi növbəti seminar keçirilib 

Bugun.tv xəbər verir ki, “Əlil Qadınlar Cəmiyyəti” İctimayi Birliyində əlilliyi olan qadın və qızlarla tələbələr arasında görüş keçirilib. Bu barədə QHT rəhbəri Məhluqə Qaramanlı məlumat verib.

Əlil Qadınlar Cəmiyyəti seminar keçirib
Seminar

Onun sözlərinə görə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə  Azərbaycan Universitetinin Sosial iş və Filologiya fakültəsinin tələbələrinin iştirak etdiyi tədbirdə məqsəd onlara əlilliyi olan qadın və qızlarla davranış qaydalarını aşılamaq olub.

Əlilliyi olan qadınlarla bağlı tədbir
Tələbələr seminarda iştirak edib

“BMT-nin Etimad fondunun maliyyə dəstəyi ilə gerçəkləşdirilən “Bakı, Gəncə şəhərləri, Qusar, Quba, Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində həyata keçirilən seminar bu dəfə də Bakı şəhərində təşkil edildi. Layihənin təlimçisi İradə Rizazadə əlilliyi olan qadınlar və qızların bu gün rastlaşdığı problemlərlə bağlı tələbələrə  seminar keçdi. Gələcəkdə dövlət xidmətlərində çalışacaqları üçün onlara əlilliyi olan şəxslərlə ünsiyyət qaydalarını izah etdi. Həssas qruplarla davranarkən nələrə diqqət etməli olduqları haqda geniş məlumat verdi”.

seminar keçirilib
Universitet əməkdaşlarının təqdimatı

Seminara qatılan ali təhsil ocaqlarının əməkdaşlarının mövzu ilə əlaqədar hazırladıqları slaydlar iştirakçılara təqdim edilib. Sonra müxtəlif yanaşma metodları ilə bağlı müzakirələr olub. Seminar sual-cavab, maraqlı aktyor ifaları ilə diskusiya şəklində davam edib. Təlimçi İradə Rizazadə və əlilliyi olan gənc qızlar tələbələri maraqlandıran sualları cavablandırıblar.

Tələbələrlə görüş olub
Sertifikat təqdim olunub

Sonda iştirakçılara “Əlil Qadınlar Cəmiyyəti”nin üzvləri tərəfindən sertifikatlar təqdim olunub.

Qeyd edək ki, seminarda, ümumilikdə, 35 nəfər iştirak etdib.

Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edir və sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) müddəti ərzində icra olunacaq.

 

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Prezident sərəncam imzaladı

Aynur Camal

“ASAN xidmət”in nümayəndə heyəti Moldovaya səfər edib

Aynur Camal

Ogün Samast haqqında yeni ittihamnamə hazırlandı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu