13 C
Baku
26 Mart 2026, 14:50
Baş xəbər

“Əlil Qadınlar Cəmiyyəti” jurnalistlər üçün təlim keçirib

“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi tərəfindən BMT-nin Etimad Fondunun (UN Trust Fund to End Violence against Women) maliyyə dəstəyi və “AzEstetik Group” MMC-nin təşkilati dəstəyi ilə həyata keçirilən “Bakı şəhəri, Gəncə şəhəri və Quba-Xaçmaz bölgəsində əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsinin növbəti tədbiri olub.

Bugun.tv xəbər verir ki, layihənin məqsədi yoxsul ailələrdən, eləcə də qaçqın, məcburi köçkünlərdən əlilliyi olan qadınlar üçün ictimai xidmətlərin əlçatanlığını və keyfiyyətini daha da artırmaqdır.

İctimai birlik tərəfindən əlilliyi olan qadınlara göstərilən xidmətlər, görülən işlər, əldə olunan nəticələr və problemlərin həlli yolları ilə bağlı xidmət göstərən 5 dövlət qurumunun əməkdaşından götürülən müsahibələr əsasında Azərbaycanda ilk dəfə “Əlilliyi olan şəxslər üçün videotəlimat” hazırlanıb.

Tədbirdə videotəlimatın təqdimatı və media nümayəndələrinə etik ünsiyyət, davranışla bağlı təlim keçirilib.

Sonda tədbir iştirakçılarına təşəkkürnamə və sertifikatlar təqdim olunub.

Bugün TV

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu