Baş xəbər

Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda İctimai Birliyinin nümayəndələri Slovakiyaya səfərə yola düşüblər  

Bugun.tv xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislava şəhərində “Azərbaycanda İcma əsaslı təşəbbüslərdə resursların səfərbərlik bacarığı və bacarıqlarının İnkişafı” istiqamətində görüşlər keçirilib. Tədbirdə yerli və xarici QHT nümayəndələri iştirak ediblər. Qeyd edək ki, layihə Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının dəstəyi ilə əlilliyi olan şəxslər sahəsində fəaliyyət göstərən QHT-lərin nümayəndələri “Azərbaycanda Vətəndaş İştirakının Gücləndirilməsi” (SPA) proqramı çərçivəsində gerçəkləşdirilir. Səfərlərdə Azərbaycandan müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən 10 QHT, o cümlədən Əlilliyi olan Şəxsləri Təşkilatları İttifaqı və Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda İctimai Birliyinin nümayəndələri iştirak edib. Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim olunub.

Elnarə Dərziyeva

Oxşar xəbərlər

“Qlobal Bakı Forumu sülh və əməkdaşlıq təşəbbüslərinin əsas platformasına çevrilib”

Aynur Camal

Deputat Qədr gecəsinin fəzilətindən danışdı

Aynur Camal

“Alanya Ultra Trail” yarışı keçiriləcək: dünyanın aparıcı atletləri bir araya gələcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu