29 C
Baku
28 İyun 2025, 18:55
Baş xəbər

“Əlillərin məşğulluğuna dəstək“ adlı layihə uğurla həyata keçirilib

Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Əlillərin məşğulluğuna dəstək“ adlı layihəni 09.07.2024-cü il tarixində Siyəzən rayonunda Mədəniyyət evində uğurla həyata keçirmişdir.

Bugun.tv xəbər verir ki, Layihənin məqsədi Əlillərin məşğulluğuna dəstək verməkdir.

Tədbirdə şəhid ailələri, qazilər, əlillər və ailə üzvləri, Siyəzən Rayon icra Hakimiyyətinin məsul əməkdaşı Aydan Kamalzadə, Siyəzən Rayon Məşğulluq İdarəsinin rəhbəri Əziz Tacəddinov və Qeyri-Hökumət Təşkilatının sədri Tələt Qəribov  iştirak ediblər.

  Tədbiri layihə rəhbəri Xədicə Mikayılova açaraq “Əlillərin məşğulluğuna dəstək“ layihəsi barədə geniş məlumat verdi. Daha sonra Siyəzən Rayon Məşğulluq İdarəsinin rəhbəri Əziz Tacəddinov ölkədə əlillərlə, həssas qruplarla aparılan  məşğulluq proqramlarından və görülən işlərdən söz açıb.

  Qeyri-Hökumət Təşkilatının sədri Tələt Qəribov  belə layihələrin əhəmiyyətindən danışdı və qeyd etdi ki, belə layihələr dövlətin vətəndaşlara, xüsusi ilə əlillərə olan qayğının həm də təbliğidir.

Daha sonra layihə barədə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

  Tədbirin sonunda Siyəzən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Aydan Kamalzadə Xədicə Mikayılovaya belə bir əhəmiyyətli və maarifləndirici tədbirin məhz Siyəzən rayonunda keçirdiyinə görə minnətdarlığını bildirib.

Azərbaycan Əlillər Cəmiyyəti ictimai birliyinin sədriXədicə Mikayılova “Əlillərin məşğulluğuna dəstək “ layihəsinin icrasına  kömək göstərdiyinə görə Siyəzən Rayon İcra Hakimiyyətinə, Siyəzən Rayon Məşğulluq İdarəsinə minnətdarlığını bildirib.

Layihə rəhbəri eyni zamanda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə “Əlillərin məşğulluğuna dəstək “ layihəsini maliyyələşdirdiklərinə görə təşəkkürünü bildirib.

Tədbirin sonunda iştirakçılar çay süfrəsi arxasında müzakirələri davam etdiriblər.

Bugün TV

Oxşar xəbərlər

Zaporojye sakinləri Rusiya pasportu alacaq

Nigar Məmmədova

İlk dəfə “NƏSİMİ” operası təqdim olunacaq

Aynur Camal

Klinikaların birində oğurluq hadisəsi baş verdi 

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu