23 C
Baku
10 İyun 2025, 1:14
Sosial

Əlilliyi olan qadınlar və qızlar rastlaşdıqları problemlərdən danışıblar

Bugün.tv xəbər verir ki, “Əlil Qadınlar Cəmiyyəti” Bakıda seminar təşkil edib. BMT-nin Qadınlara qarşı zorakılığa son qoymaq üçün Etimad Fondunun (UN Trust Fund to End Violence against Women) maliyyə dəstəyi ilə “Bakı şəhəri, Gəncə şəhəri və Quba-Xaçmaz bölgəsində əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərşivəsində keçirilən seminarda əlilliyi olan qadınlar və qızlar, onların yaxınları iştirak ediblər.

Tədbiri çıxış sözü ilə açan Vətəndaş cəmiyyətinin sədri, seminarın təlimçisi İradə Rizazadə onları narahat edən məsələləri müzakirə aparıb. Əlilliyi olan qadınlar və qızlar rastlaşdıqları problemlərdən söz açıblar. Tədbirin təşkilatçılarına ətraflı məlumat veriblər. Əsas mövzu isə ləğv edilən əlilliyin bərpası məsələsi ilə əlaqədar olub.

Əlilliyi olan Nuray Nuriyevanın valideyni Arzu Nuriyevanın sözlərinə görə, övladı barəsində verilən əlillik qərarı düzgün deyil. “Qızıma ikinci qrup əlillik təyin edilib, halbuki, onun ağır funksiyanal pozuntuları var. O, sərbəst yeriyə bilmir. Əlini buraxanda 2-3 addım atır, yıxılır. Bu yerimək sayıla bilməz. Özünə qulluq qabiliyyəti tamamı ilə yoxdur. Qidalanması çox zəifdir. Nurayın 19 yaşı var. Amma özü sərbəst geyinə bilmir. Yeməyi belə sərbəst yeyə bilmir. Özüm yedirdirəm, geyindirirəm. Gigiyenasına kimi, hamısını mən edirəm. Qızımın ciddi davranış pozuntuları var. Ancaq bu sadaladıqlarım, əlaqədar qurumlar tərəfindən düzgün dəyərləndirilməyib. Mən bu məsələyə yenidən baxılmasını, ona birinci qrup əlilliyin təyin edilməsini istəyirəm”, – deyə, A.Nuriyeva bildirib.

“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova sözügedən məsələ ilə bağlı qanunvericiliyin tələblərini həmin vətəndaşa izah edib. Problemin həllini nəzarətə götürəcəyini vurğulayıb.

Seminarda iştirak edən cəmiyyətin mətbuat katibi, “Bugün.tv Media Qurumu”nun rəhbəri Elnarə Dərziyeva, ümumilikdə, bu kimi məsələlərin vaxtında ictimailəşdirilməsini məqsədəuyğun hesab edib. Şikayətçiləri narahat edən problemlərlə bağlı müzakirə aparıb. Arzu Nuriyevanın problemi yerində araşdırılıb. Məlum olub ki, şikayətçi özü sözügedən məsələ ilə bağlı əlaqədar qurumlara müraciət etməli olduğu halda bunu etməyib. Buna görə də, şikayətə baxılmayıb və təcili müraciət hazırlanıb əlaqədar qurumlara göndərilməlidir.

Seminarda A.Nuriyeva ilə yanaşı, digər əlilliyi olan qadın və qızlar, onların yaxınlarının tələb və istəkləri dinlənilib, şikayətlərlə bağlı araşdırılmalar aparılıb. Onlar dövlət xidmətlərinə çıxışla bağlı məlumatlandırılıblar.

Ümumilikdə, bu seminar əlilliyi olan qadın və qızların hüquqi maarifləndirilməsi məqsədi ilə keçirilir və layihənin əsasını təşkil edir.

Qeyd edək ki, keçirilən seminarda 20-yə yaxın şəxs iştirak edib.

 

Aynur Camal

Oxşar xəbərlər

Qohum nikahları haqqında ictimai müzakirənin keçirildi

Bugün TV

Ağıl yaşınızı bilirsinizmi?-YAPON TESTİ

Bugün TV

Bu gün Beynəlxalq baytar həkimi günüdür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu