10 C
Baku
14 Noyabr 2024, 8:13
Baş xəbər

Əlilliyi olan şəxslərin COP tədbirlərində daha geniş təmsil olunmasına dair müzakirələr aparılıb

Əlil Təşkilatları İttifaqı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Agentliyinin maliyyə dəstəyi ilə “Yaşıl dünya naminə inklüzivlik” layihəsini həyata keçirir. Layihə üzrə beynəlxalq partnyor təşkilat Ərəb Ölkələri Əlilliyi olan Şəxslərin Təşkilatları Birliyidir.

Bugun.tv  xəbər verir ki, layihənin əsas məqsədi əlillik mövzusunun COP gündəliyinə salınması və əlilliyi olan şəxslərin COP-larda iştirakının təmin olunmasını təşviq etməkdir.

Layihənin fəaliyyət planı çərçivəsində Ərəb Ölkələri Əlilliyi olan Şəxslərin Təşkilatları Birliyi, Avropa Əlillik Forumu, Beynəlxalq Əlillik Alyansı, Orta Asiya ölkələrinin əlilliyi olan şəxslərin təşkilatları və Azərbaycan Əlil Təşkilatları İttifaqının üzvlərindən ibarət Koalisiya yaradılıb və onların müntəzəm görüşləri keçirilir.

Həmin təşkilatların nümayəndələri üçün “İqlim dəyişmələrinin əlilliyə təsiri, əlilliyi olan şəxslərin və onların təşkilatlarının COP-larda iştirakçılığı” mövzusunda ikigünlük beynəlxalq təlim təşkil edilib.

Noyabrın 7-də “COP tədbirlərinə əlilliklə bağlı problemlərin daxil edilməsi və əlilliyi olan şəxslərin, onların təşkilatlarının COP tədbirlərində daha geniş şəkildə iştirakının təşviqi üçün milli və beynəlxalq təşəbbüslər” mövzusunda dəyirmi masa keçirilib.

Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli dəyirmi masada layihə və iqlim dəyişikliklərinin yaratdığı fəsadlar, onların əlilliyə təsiri barədə təqdimat edib.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi, Ekologiya və Təbii Sərvətlər, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Qarabağ Dirçəliş Fondu, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Hüquq və İnsan Haqları İnstitutu, Sosial Tədqiqatlar Mərkəzi və QHT nümayəndələri gündəlikdə duran məsələ ilə əlaqədar çıxış edərək təkliflərini veriblər.

Növbəti tədbir noyabrın 20-də COP29-da Yaşıl Zonada milli və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçiriləcək.

Aynur Camal

Oxşar xəbərlər

Meşə yanğını oldu

Bugün TV

İnsanlar niyə yemək yeməyi sevir?

Aynur Camal

Cənubi Qafqazdakı vəziyyət Ermənistan üçün də fürsətdir

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu