6 C
Baku
10 Fevral 2026, 0:27
Baş xəbərSosial

Elm və Təhsil Nazirliyinin əməkdaşları üçün insan hüquqları üzrə təlim keçirilib

insan hüquqları, Ombudsman Aparatı, Elm və Təhsil Nazirliyi, insan hüquqları təlimi, beynəlxalq qanunvericilik, milli qanunvericilik, BMT insan hüquqları, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi

Bugun.tv – yə daxil olan məlumata əsasən, Elm və Təhsil Nazirliyinin Aparatının və tabeliyində olan qurumların əməkdaşları üçün “İnsan hüquqları sahəsində beynəlxalq, regional və milli qanunvericilik aktlarının tətbiqi” mövzusunda təlim təşkil olunub.

Təlimdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Əhali qruplarının hüquqları ilə iş şöbəsinin müdiri vəzifəsini icra edən Aynur Həmidova çıxış edərək dövlət qulluqçularının insan hüquqları sahəsində biliklərinin artırılmasının və beynəlxalq insan hüquqları standartlarının gündəlik xidməti fəaliyyətə tətbiqinin vacibliyini vurğulayıb.

Elm və Təhsil Nazirliyinin Aparatının və tabeliyində olan qurumların əməkdaşları
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Əhali qruplarının hüquqları ilə iş şöbəsinin müdiri vəzifəsini icra edən Aynur Həmidova

Bildirilib ki, insan hüquqlarına əsaslanan yanaşma dövlət idarəçiliyində şəffaflığın, hesabatlılığın və vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edir.

insan hüquqları, Ombudsman Aparatı, Elm və Təhsil Nazirliyi, insan hüquqları təlimi, beynəlxalq qanunvericilik, milli qanunvericilik, BMT insan hüquqları, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi
Ombudsman Aparatında şöbə müdirinin müavini – İqtisadi, sosial və mədəni hüquqların müdafiəsi sektorunun müdiri Adil Eyvazov

Tədbirdə Ombudsman Aparatında şöbə müdirinin müavini – İqtisadi, sosial və mədəni hüquqların müdafiəsi sektorunun müdiri Adil Eyvazov tərəfindən iqtisadi, sosial və mədəni hüquqlar, o cümlədən təhsil hüququnun beynəlxalq və milli hüquqi mexanizmlər əsasında təmin olunması məsələlərinə dair çıxış edilib.

insan hüquqları, Ombudsman Aparatı, Elm və Təhsil Nazirliyi, insan hüquqları təlimi, beynəlxalq qanunvericilik, milli qanunvericilik, BMT insan hüquqları, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi
Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorununbaş məsləhətçisi Aydan Talıbova
Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov

Təlimçi qismində Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov və sektorun baş məsləhətçisi Aydan Talıbova tərəfindən insan hüquqları anlayışı və əsas prinsiplər, Ombudsman institutunun mandatı, BMT sistemində insan hüquqları, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər və bu standartların dövlət qulluğunda praktik tətbiqi barədə geniş təqdimatlar keçirilib.

İnteraktiv formatda təşkil olunan təlimdə iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

insan hüquqları, Ombudsman Aparatı, Elm və Təhsil Nazirliyi, insan hüquqları təlimi, beynəlxalq qanunvericilik, milli qanunvericilik, BMT insan hüquqları, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi
Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimov
insan hüquqları, Ombudsman Aparatı, Elm və Təhsil Nazirliyi, insan hüquqları təlimi, beynəlxalq qanunvericilik, milli qanunvericilik, BMT insan hüquqları, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi
Elm və Təhsil Nazirliyinin əməkdaşları üçün insan hüquqları üzrə təlim
Aynur Camal

Oxşar xəbərlər

“Minimum əməkhaqqına ildə ən azı bir dəfə baxılacaq” – Vüqar Bayramovdan açıqlama

Aynur Camal

Ekspertlər: mədə yanmasını təkcə acı və yağlı yeməklər yaratmır

Aynur Camal

İspaniya və Portuqaliyada yeni sel təhlükəsi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu