27 C
Baku
28 İyun 2025, 11:38
DünyaMədəniyyət

Elm və Mədəniyyət Mərkəzində baş verən yanğınla bağlı dəlillər tapılmadı

Kiprin paytaxtı Nikosiyada yerləşən Rusiyanın Elm və Mədəniyyət Mərkəzində baş verən yanğının qəsdən törədildiyini  göstərən heç bir dəlil tapılmayıb.

Bugun.tv xəbər verir ki, bu barədə şəhər polisinin sözçüsü Kristos Andreu bildirib.

“Hazırda əlimizdə olan məlumatlara və şahidlərin ifadələrinə əsasən, cinayət əməlini göstərən heç bir dəlil tapılmayıb”,- o söyləyib.

Mədəniyyət Mərkəzində baş verən yanğına nəyin səbəb ola biləcəyi ilə bağlı müxtəlif nəzəriyyələr araşdırılır. Lakin hələlik qəti qərar verilmir. Yanğının molotov kokteyli ilə bağlı olub-olmadığına gəldikdə isə, bunu da istisna etmirlər.

“Şahidlər iki güclü partlayış eşitdiklərini və bunun ardınca mərkəzin damı və divarının alovlandığını deyiblər. Binadan hər kəs təxliyə edilib. Heç kim zərər çəkməsə də, mədəniyyət ocağına ciddi ziyan dəyib. Lakin buna baxmayaraq, Rusiya Mərkəzi fəaliyyətini davam etdirirdi”, – mərkəzin direktoru Alina Radçenko bir müddət əvvəl bildirib.

Xatırladaq ki, iki gün əvvəl Kiprin paytaxtı Nikosiyada yerləşən Rusiyanın Elm və Mədəniyyət Mərkəzində güclü yanğın baş verib.

Qeyd edək ki, sözügedən bina 1978-ci ildə tikilib.

Mənbə:TASS

Nigar Məmmədova

Oxşar xəbərlər

İsrail Qəzzada ən azı 16 fələstinli əsiri öldürüb

Aynur Əfəndi Zadə

Ən güclü casus kamerası: o, orbitdən gələn insanların üzlərini tanıyır

Aynur Camal

“Patır çörəyi” Özbəkistanda iftar süfrələrinin vazkeçilməz hissəsidir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu