18 C
Baku
28 Oktyabr 2025, 1:59
Baş xəbərSosial

Elm və təhsil naziri Fransada səfərdədir

Bugun.tv-nin Elm və təhsil nazirliyindən əldə etdiyi məlumata görə, Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Fransada səfərdədir.

Nazir Strasburq Universitetinin rektoru Mişel Denekenlə görüşüb. Tərəflər elm və təhsil sahəsində əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, elmi-tədqiqat və tələbə mübadiləsi sahəsində əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.

Görüşdə həmçinin Azərbaycan-Fransız Universitetinin (UFAZ) 2024-2030-cu illər üzrə inkişaf perspektivləri barədə təqdimat keçirilib.

İkigünlük səfər çərçivəsində nümayəndə heyəti Strasburq Universitetinin müxtəlif elmi laboratoriyaları və tədqiqat mərkəzlərinə baş çəkib, eləcə də universitetdə hazırda təcrübə keçən UFAZ tələbələri ilə görüşüb.

Qeyd edək ki, UFAZ 2014-cü ildə Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə yaradılıb. UFAZ Azərbaycan tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Fransa tərəfindən isə Strasburq Universitetinin idarə etdiyi konsorsium çərçivəsində məzunlara iki diplom təqdim edir.

Aynur Camal

Oxşar xəbərlər

İlk dəfə buz üstə xokey

Aynur Camal

Xidmət müddəti başa çatan hərbi qulluqçuların tərxis olunması üzrə tədbirlər davam edir

Bugün TV

“Hədislərdən imtina insanları konseptual ibadətdən soyudur”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu