27 C
Baku
10 İyun 2025, 9:54
DigərSosial

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində universitetlərdə görüşlər keçirilir

Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsi tərəfindən ali təhsilin inkişafı və keyfiyyətinin yüksəldilməsi məqsədilə *“Elm və təhsilə birgə baxış”* layihəsinə başlanılıb. Layihə çərçivəsində ali təhsil müəssisələrində təşkil edilən strateji görüşlərdə sözügedən təhsil sahəsində aktual məsələlər müzakirə edilir, qarşılıqlı əməkdaşlıq imkanları qiymətləndirilir.

Ali təhsilin inkişafı və keyfiyyətinin yüksəldilməsi məqsədilə həyata keçirilən bu layihə çərçivəsində ali təhsil müəssisələrində təşkil edilən görüşlərdə sözügedən təhsil sahəsində aktual məsələlər müzakirə edilir, qarşılıqlı əməkdaşlıq imkanları qiymətləndirilir.

Layihə çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) görüşlər təşkil olunub. Görüşlərdə hər iki universitetin rəhbərliyi, professor-müəllim heyəti və Elm və Təhsil Nazirliyinin müvafiq şöbəsinin nümayəndələri iştirak ediblər. Görüşlər zamanı ali təhsilin hazırkı vəziyyəti, universitetlərdə tədrisin təşkili və müəllim heyətinin inkişaf ehtiyacları üzrə geniş fikir mübadiləsi aparılıb. Görüş iştirakçıları tərəfindən ünvanlanan çoxsaylı suallar nazirlik nümayəndələri tərəfindən cavablandırılıb, irəli sürülən təkliflərin hüquqi-normativ bazanın təkmilləşdirilməsində nəzərə alınacağı bildirilib.

Görüş iştirakçıları belə əməkdaşlıq platformalarının ali təhsilin keyfiyyətinin yüksəldilməsinə əhəmiyyətli töhfə verəcəyinə ümidvar olduqlarını ifadə ediblər.

Qeyd edək ki, sözügedən görüşlər digər ali təhsil müəssisələrində də təşkil ediləcək.

Mənbə: Elm və Təhsil Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Şimali İraqda hava əməliyyatı! 31 hədəf vuruldu

Bugün TV

Zaxarova: “Polşa Ukrayna münaqişəsinə müdaxilə edir”

Nigar Məmmədova

Almaniya mediası diaspor fəalı olan azərbaycanlı iş xanımından yazıb

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu