34 C
Baku
27 İyul 2025, 16:25
Baş xəbər

Elman Nəsirov: “Söyüdlü kəndində baş vermiş hadisə ilə bağlı öncədən tədbir görülsəydi, məsələ bu həddə çatmazdı”

“Gədəbəyin Söyüdlü kəndində baş vermiş hadisə Azərbaycan cəmiyyətində ciddi müzakirəyə səbəb olub. Bu məsələyə münasibətdə ikli yanaşma var. Xüsusilə də, sosial şəbəkələrdə ən çox ittiham olunan tərəf polisdir. Kadrlarda onu da görürük ki, polisə qarşı müqavimət göstərilib. Daş atılıb, təhqir edilib. O da bəllidir ki, polisin yaşlı qadına olan rəftarı cəmiyyətin qınaq obyektinə çevrilib”.

Bu fikri Bugun.tv-yə Milli Məclisin deputatı Elman Nəsirov özəl açıqlamasında bildirib.

E.Nəsirovun fikrincə, belə olan vəziyyətdə DİN-nin əməkdaşları araşdırmalara başlayıb və hadisə yerinə gedib. İstisna deyil ki, həmin stiuasiyada özünü adekvat aparmayan polis əməkdaşları cəzalandırılacaq. Buna heç bir şübhəmiz yoxdur ki, faktlar öz təsdiqini tapacaq. O cümlədən polisə müqavimət göstərmək, onu təhqir etmək, söymək orada tikinti işləri aparan fəhlələrə qarşı küt-kəsici alətlərdən istifadə etmək bu da qəbul edilməzdir. Hər halda, məlum hadisə ilə bağlı hökumət komissiyasının yaradıldığı da bəllidir. Həmin hökumət kommisiyasına Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəhbərlik edir.

“Bizdə olan məlumata görə, onlar artıq hadisə yerindədir. Həmçinin, bu sahə üzrə müvafiq nazirlərin müavinləri də həmin kommisiyanın tərkibinə daxildir. Artıq ilkin təhlillərə başlanılıb. Bu hadisənin törədilməsinə gətirib çıxarılan səbəblər araşdırılır. Müvafiq qiymətləndirilmələr həyata keçirilməkdədir. Qısa zaman ərzində baş vermiş hadisələrə dəqiq və obyektiv qiymət veriləcək. Bir daha belə insidentlərin yaşanmaması üçün müvafiq addımlar atılacaq. Buna qətiyyən şübhəmiz də yoxdur.
Hadisənin qarşısını almaq mümkün idimi? Öncədən qabaqlayıcı addımlar atmaq olardımı? Hesab edirəm ki, mümkün idi. Buna görə də kommisiyanın işinin əsas istiqamətlərindən biri də bu olmalıdır ki, oxşar hadisələr bir daha baş verməsin. Əgər müəyyən təhlükəli tendensiyalar, prosseslər baş verirsə, önləyici addımlar atılmalıdır. Elə etmək lazımdır ki, hadisələr bu həddə gəlib çıxmasın. Əsas məsələ də vətəndaş məmnunluğudur. Vətəndaşlar narazı qalmasınlar və müəyyən qüvvələrin sakinlərin narazılığından istifadə etməsi üçün münbit şərait olmasın. Əsas məsələ budur”,- deputat söyləyib.

Nigar Məmmədova

Oxşar xəbərlər

Medvedev Moskva vilayətini tərk edib? -AÇIQLAMA

Nigar Məmmədova

Baş Dövlət Yol Polisi İdarəsinin təbriki

Aynur Camal

Ağır ziyan dəyən 5 mərtəbəli bina uçdu

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu