7 C
Baku
22 Fevral 2026, 4:04
Baş xəbər

Elnarə Akimovanın yeni kitabı dərc olundu

Tənqidçi-ədəbiyyatşünas, filologiya elmlər doktoru, Milli Məclisin deputatı Elnarə Akimovanın “Azərbaycan uşaq ədəbiyyatı: tarixi təcrübəsi və müasir istiqamətləri” adlı yeni kitabı çap olunub.

Bugun.tv xəbər verir ki, “Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabın elmi redaktoru və ön sözün müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan və filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlıdır.Bildiririk ki, kitabda çağdaş humanitar fikrinin kontekstində Azərbaycan uşaq ədəbiyyatının tarixi təcrübəsi – təşəkkülü, yaranması və inkişafı ümumiləşdirilir.

“Uşaq ədəbiyyatı: tarixdən çağdaşlığa”, “Klassika modern işığında”, “Uşaq mətnləri diskurs kimi”, “Uşaq ədəbiyyatında müharibə və zəfər duyğuları”, “Dərsliklərin vəziyyəti: problemlər, qayğılar”, “Müsahibələr: analitik müstəvidə”, “Müzakirə saatı: söhbətlər, düşüncələr”, “Uşaq ədəbiyyatında imzalar” adlı bölmələrdə sistemləşdirilən mətnlərdə uşaq ədəbiyyatının müasir istiqamətləri ilə bağlı dəyərləndirmə aparılır, müxtəlif uşaq ədəbiyyatı nümunələrinin poetikası, üslub və növ zənginliyi nəzəri analizə cəlb olunur, habelə Zəfər tariximizdən sonra uşaq ədəbiyyatının vardığı yeni hüdudlartədqiqat predmetinə çevrilir.

Qeyd edək ki, kitab humanitar fikir adamlarına, elm, ədəbiyyat və geniş oxucu auditoriyalarına ünvanlanmışdır.

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycan Qətər və Səudiyyə Ərəbistanı ilə kənd təsərrüfatı ixracını genişləndirməyi planlaşdırır

Aynur Camal

Beynəlxalq Ana Dili Günü: Dilimizi qoruyaq, kimliyimizi yaşadaq

Aynur Camal

Azərbaycan milli markaları Dubay 2026 sərgisində təqdim olundu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu