14 C
Baku
22 Noyabr 2024, 8:28
Baş xəbərTexnologiya

İlon Maskdan texnoloji yenilik gəlir

İlon Mask, Tesla Cybertruck-a xüsusi qayıq rejimi təqdim edəcəyini açıqlayıb. Bu rejim sayəsində Cybertruck suda 100 metrə qədər məsafə qət edə biləcək.

Teslanın yeni elektrikli avtomobil modeli Cybertruck xüsusilə qeyri-adi dizaynı ilə diqqət çəkib.

Fərqli versiyalarda olan pikapın dörd təkərli iki mühərrikli versiyası 547, üç mühərrikli versiya isə 515 km məsafə qət edir. Cybertruck-un akkumulyator tutumu haqqında məlumat verilməsə də, onun 15 dəqiqəlik enerji bloku ilə 206 km yol qət edə bildiyi deyilir.

İlon Mask, hazırda bu avtomobili qayığa çevirmək üzərində çalışdıqlarını açıqlayıb. Hazırlanan rejim onun dərin gölməçədə ən az 100 metr getməsinə imkan verəcək. Tesla Cybertruck üçün hazırlanan rejimin nə vaxt istifadəyə veriləcəyi  hələ ki, məlum deyil.

Xatırladaq ki, 2019-cu ildə ilk dəfə təqdim olunduqdan 4 il sonra satışa çıxarılan Tesla Cybertruck-un iki modeli artıq Teslanın saytında sifariş üçün hazırdır. Qiymətinə gəlincə bu, markanın versiyasından asılı olaraq 60 min 990 dollardan 99,990 dollara qədər dəyişir.

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Cari ayda yol qəzalarının sayı hesablanıb

Aynur Camal

Qaçaqmalçılıq əməliyyatı oldu: 13 nəfər saxlanıldı

Bugün TV

Ağ Evdə qonaq edilən basketbolçunun huşunu itirməsi panikaya səbəb olub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu