14 C
Baku
19 Sentyabr 2024, 5:08
Baş xəbər

Elşən Gəncəvi mükafata layiq görüldü

İş adamı Elşən Gəncəvi mükafata layiq görülüb.

Bugun.tv  xəbər verir ki, Elşən Gəncəvi “Avand Production” şirkətinin təşkilatçılığı ilə keçirilən “CASPIAN AWARDS 2024” tədbirində “İş adamı” nominasiyasına layiq görülüb.

Elşən Gəncəvi – oğlu Nəcəfov Elşən Hökumət iqtisadçı, sosial işçi və iş adamı kimi fəaliyyət göstərir.

Elşən Gəncəvi “Gəncəvi Holdinq”in prezidenti, “Nəcəfsoy Qrup”un direktoru, “Gəncəvi Media” və “Siyasi.az” xəbər portalının baş redaktoru, Demokratik İslahatlar Partiyasının redaksiya komissiyasının üzvüdür.

“Xüsusi İxtisaslı Şəxslər, Şəhid Ailələri və Veteranlar” ictimai birliyinin maliyyə meneceri, “PUBLIC AZERBAIJAN” Konsepsiyasının bələdçisi, “İctimai” və “Gəncəvi” jurnallarının təşkilatçısı, “ŞƏFQƏT” kimi fəaliyyət göstərmişdir.

Elşən Gəncəvi “Oxu-maqiya” kitabının müəllifidir. O, müxtəlif media qurumlarında iqtisadi və sosial mövzularda yazıları ilə çıxış edir.

Elşən Gəncəvi Gəncə şəhər K.D.Uşiniski adına 29 nömrəli orta məktəbi bitirib. O, bakalavr dərəcəsini Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində, magistr dərəcəsini isə Ruminiya – Timişoara Universitetinin “Siyasi Elmlər” fakültəsində alıb.

Elşən Gəncəvi – Nəcəfovun oğlu Elşən Hökumət 2024-cü il sentyabrın 1-də keçirilən 7-ci çağırış Milli Məclisə seçkilərdə Gəncə şəhərinin 39 saylı ikinci seçki palatasında deputat seçilib.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 2020-ci il fevralın 9-da keçirilən 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki palatasına seçilib.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumətoğlu 1 noyabr 2015-ci il tarixində keçirilmiş V çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki palatasında deputat seçilmişdir.

Elşən Gəncəvi müxtəlif dövrlərdə bir çox yerli, beynəlxalq sertifikatlara və beynəlxalq diplomlara layiq görülüb. O, sosial işçi və iş adamı kimi müxtəlif mükafatlara layiq görülüb.

Türkiyənin İstanbul şəhərində keçirilən “Qızıl Mələk Mükafatları 2021” tədbirində “İLİN ƏN UĞURLU İŞ ADAMI” və “Türkiyə Eksklüziv Ödülləri 2022” tədbirində “AZƏRBAYCANIN UĞURLU İŞ ADAMI” beynəlxalq nominasiyalar əsasında mükafatlandırılıb.

Aynur Camal

Oxşar xəbərlər

WhatsApp bağlı olsa da sizi dinləyir! – ŞOK AÇIQLAMA

Teymur Əziz

“Onlar az əmək haqqı ilə çox iş görürlər” – TƏHSİL EKSPERTİ ETİRAZ ETDİ

Kəmalə Sultan

Margot Robbie “Barbie 2” filminə maraq göstərmədi

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu