31 C
Baku
21 İyul 2025, 12:23
Baş xəbərSiyasət

Elşad Həsənov: “İran Azərbaycana qarşı səhv bir addım atsa, fars-molla rejimi süquta uğrayacaq “

“Bildiyimiz kimi, İran Azərbaycana qarşı artıq açıq müstəvidə təhdidlərə keçib. Ancaq onların notasının heç bir əsası yoxdur. Azərbaycan mətbuatında İran haqqında həqiqətlər deyilir. Söhbət Azərbaycanın rəsmi mətbuatından gedir. Ola bilsin ki, hansısa bloger nəsə danışar və yazar, buna görə Azərbaycan dövləti cavabdehlik daşımır. Ancaq İran özünün də dediyi kimi, bütün “qırmızı xətləri” keçib. Ölkəmizi təhdid etməklə yanaşı, Azərbaycanla sərhəddə təlimlər və qanunsuz uçuşlar həyata keçirirlər”.

Bu fikri Bugun.tv-yə özəl müsahibəsində politoloq Elşad Həsənov bildirib.

“İran-fars molla rejimi yaxşı başa düşür ki, Azərbayacana qarşı müharibə etsə, dövlətimizin yanında Türkiyə, Pakistan, İsrail və ABŞ var. Bildiyimiz kimi, ABŞ Dövlət katibi Antoni Blinken son dəfə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə danışanda İranın təhdidlərinə qarşı hər zaman Azərbaycanın yanında olduqlarını və bu isitiqamətdə nə lazımdırsa, kömək edəcəklərini bildirdi.
Mən düşünürəm ki, İran öz ağlını nə qədər itirsə də, yaxşı başa düşür ki, Azərbaycana qarşı hər hansı bir hərəkət etsələr, həmin bu fars-molla rejimi süquta uğrayacaq. Çünki İranın özündə bizim 40 milyonluq soydaşlarımız var. Təkcə onlar İranın fars-molla rejimini devirməyə bəs edir”,- E.Həsənov qeyd etdi.

“Hamıya məlumdur ki, Azərbaycan bu gün, əvvəlki Azərbaycan deyil. Azərbaycan siyasi-iqtisadi və hərbi cəhətdən güclü bir dövlətdir, onun məğlubedilməz bir Ordusu var.
Buna görə də İranın təhdidləri, notası boş və mənasız bir şeydir. Zəngəzur dəhlizinin açılmasını İran özünün “qırmızı xətti” elan edir. Ermənistan və İran buna heç cür yol verməyəcəyini bildirir”,- politoloq vurğulayıb.

E.Həsənovun fikrincə, İranı son dövrlər qıcıqlandıran bizim İsraildə səfirliyimizin açılması, orada Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovun iştirak etməsi və birgə bəyanat verməsidir. Təbriz konsulluğunun önündə SEPAH-ın təşkil etdiyi anti-Azərbaycan mitinqi də bunun bariz nümunəsidir.

“SEPAH rəsmiləri tez-tez Azərbaycanı təhdid edir, özlərinin telegram kanallarında ölkəmizə qarşı çıxışlar edirlər. Yaxşı olar ki, İran bunların qarşısını alsın. Həmin notada da deyildiyi kimi, biz onları təhqir etmirik, əksinə onlar bizi aşağılayır. Bütün bunlar hamısı göstərir ki, İranın ali rəhbərliyi öz hakimiyyətini və dövlət siyasətini idarə edə bilmir”,- E.Həsənov bildirib.

“Mən düşünürəm ki, İran Azərbaycana qarşı hər hansı bir addım atsa, onun ağır nəticəsini görəcək. Biz öz məqsədimizə, hədəflərimizə İrandan, Ermənistandan, Fransadan çəkinmədən çatacağıq. Üçtərəfli bəyannamədə göstərilən həmin Zəngəzur dəhlizi Ermənistan və İran istəyindən asılı olmayaraq, açılacaq. Çünki bu yolun açılmasını təkcə Azərbaycan,Türkiyə və Rusiya yox, həm Qərb istəyir, həm də dünyanı idarə edən ölkələr istəyir. Ona görə də İranın hay-küy salması əsassız məsələdir və onların verdiyi nota da heç bir əhəmiyyət kəsb etmir. Biz öz yolumuzla düz gedirik və buna da İran mane ola bilməz. Bunun üçün də mən tam əminliklə deyirəm ki, İranın bu notası gülüş doğurur. Yaxşı olar ki, İran əvvəlcə öz daxili siyasətini düzəltsin, ölkəmizə qarşı atdığı addımlara baxsın, ondan sonra Azərbaycan haqqında hansısa fikir bildirsin”,- politoloq söyləyib.

Politoloq bildirir ki, indiyə kimi bizim İsraildə səfirlik açmamağımızın səbəbi İrana qarşı yaxın qonşuluq, qardaşlıq münasibətimizin olmasıdır. Biz İranı din qardaşı hesab etmişik. Ancaq fars-molla rejimi hakimiyyətə gəldikdən sonra İran Azərbaycana qarşı düşmən mövqeyindən çıxış edib, bizim düşmənlərimizin yanında olub. Onlara istər iqtisadi-siyasi, istərsə də hərbi cəhətdən dəstək çıxıb. İranda səfirliyimizə qarşı törədilən terror aktından sonra biz İranın layiq olduğu cavabı veririk. Buna görə də mən İranın verdiyi notanı əhəmiyyətsiz hesab edirəm və düşünürəm ki, İran bizə qarşı heç nə edə bilməz. Azərbaycan öz yerində möhkəm dayanıb və öz siyasətini addım-addım yerinə yetirir. Elə son günlər də bizim Ordumuzun müəyyən yüksəklikləri ələ keçirməsi və Xankəndi-Turşsu-Xəlfəli torpaq yolunu nəzarətə götürməsi bunu açıq-aydın göstərir. Cənab Prezidentin də dediyi kimi, Laçının girəcəyində Ermənistanla sərhəddə bizim nəzarət-buraxılış postumuzun yaranması belə hesab edirəm ki, yaxın günlərdə həll olunacaq. Ona görə də İran nə qədər hay-küy etsə də, biz öz yolumuzla gedəcəyik. Azərbaycan heç bir qonşu dövləti təhdid etmir, sadəcə öz siyasətini aparır.

“İranda olan fars-molla rejimi bilsin ki, Azərbaycan indiyə kimi öz ərazisindən İrana qarşı hər hansı bir təxribat tipli işlərin aparılmasına yol verməyib. Bundan sonra da İrandan fərqli olaraq, biz sözümü tutacağıq. Həmçinin, Ermənistanı sülhə məcbur edəcəyik və sülh müqaviləsinin bağlanmasına nail olacağıq”,-politoloq deyib.

Nigar Məmmədova

Oxşar xəbərlər

Kimlərə hərbi xidmətdən möhlət hüququ verilə bilər? – HÜQUQŞÜNAS FİKRİ

Bugün TV

Trans-Baykal dəmir yolunda 30-a yaxın yük vaqonu relsdən çıxdı

İntizar Əmirova

Əlilliyi tanınmadığı üçün özünü yandıran keçmiş əsgər dünyasını dəyişdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu