27 C
Baku
27 İyul 2025, 23:18
Digər

Elvin Abbasov: “Azərbaycan vətəndaşı kimi kəşflərimlə dünyada tanınmaq istəyirəm”

“İntellektual və tolerant bir mühitdə yaşamaq istəyirəm. Bu səbəbdən də 2006-da gənc yaşlarımda Azərbaycana qayıtdım, çünki mən bir azərbaycanlıyam! Təfəkkür olaraq azərbaycanlı milli məfkurəsinə sahibəm. Bir çox hobbim var. Ən sevdiyim isə ana dilində şeir yazmaqdır. Yaradıcı qabiliyyətlərim və düşüncə tərzim azərbaycanlı prizmasından təzahür edir”.

Bugun.tv xəbər verir ki, bu fikri azərbaycanlı  iş adamı, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov sosial media hesabında qeyd edib.

O, Azərbaycan vətəndaşı kimi kəşfləri ilə dünyada tanınmasını istədiyini bildirib.

“Burada- Azərbaycanda öz bacarıqlarımla əlavə dəyər yaratmaq istəyirəm. Ölkəmi, dilimi, dinimi sevirəm və gələcəyimə inanıram. Bu səbəbdən də bütün bilik və bacarıqlarımı bölüşürəm, paylaşıram, həmçinin seminarlar, konferanslar verirəm. Dəyər yaratmaq üçün dəyərli olmaq, dəyərli olmaq üçün faydalı olmaq, faydalı olmaq üçün bilikli və intellektual olmaq, intellektual olmaq üçün tolerant olmaq lazımdır. Tolerant olmaq üçün isə şəxsi keyfiyyətlərə malik olmaq lazımdır. Fundamental normalara riayət etmək bəzən kifayət edir”, -E. Abbasov vurğulayıb.

Nigar Məmmədova

Oxşar xəbərlər

Kremlin sözçüsü: “Ukraynadakı vəziyyət danışıqlar masası arxasında nizamlana bilər”

Nigar Məmmədova

Azərbaycanlı xilasedicidən örnək addım-FOTOLAR

Nigar Məmmədova

“Nofəl Vəliyevin 50 illik yubileyi qeyd edilib”

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu