Baş xəbərDünya

Elvis Preslinin qızının memuarları 2024-cü ilin payızında işıq üzü görəcək

“Random House” yayım şirkətinin məlumatına görə, Liza Mari Preslinin həyatından bəhs edən memuar 2024-cü il oktyabrın 15-də işıq üzü görəcək. Kitabın hələ adı yoxdur və maliyyə şərtləri açıqlanmayıb.

Bugun.tv xarici KİV-lərə istinadla xəbər verir ki, nəşriyyatın yazdığına görə, əsasən, memuar Liza Marinin sözlərindən ibarətdir, qızı Reyli Kuo isə öz yaddaşından “boşluqları doldurub”. 2023-cü il yanvarın 12-də vəfat edən Liza Mari qızından bəzi hissələrini lentə yazdırdığı xatirələrini tamamlamağa kömək etməsini istəyib.

Adı açıqlanmayan kitabın rəsmi konspekti belədir: “Amerika mifində doğulmuş və Qreyslendin vəhşi təbiətində böyümüş Liza Mari Presli heç vaxt tam mənası ilə dərk edilməyib. 2023-cü ildəki vəfatına qədər o, nəhayət qızı Reyli Kuo tərəfindən qeydə alınan saysız-hesabsız heyrətamiz dərəcədə həssas lent yazılarını saatlarla yazaraq və xam, cəlbedici, bənzərsiz bir xatirə üzərində çalışaraq illərini keçirdi”.

“Random House” bildirib ki, ölümündən əvvəl Liza Mari qızından xatirələrini bitirməsinə kömək etməsini istəyib.

Memuarın anonsu 12 yanvar 2023-cü ildə – Liza Marinin ölümünün ildönümünə bir gün qalmış verilib. “Reyli bilirdi ki, Liza Marinin səsinin eşidilməsinin vaxtı çatıb”, – deyə “Random House” əlavə edib. O, Liza Marinin anası Priscilla ilə çətin münasibəti, daim qapıya dayanan kameralarla böyüməsi, Maykl Cekson və Nikolas Keyc ilə özünün səs-küylü sevgi hekayələri və evlilikləri haqqında yazıb. Həmçinin Lizanın anasının və 2020-ci ildə öz həyatına son qoyan oğlu, Reyinin qardaşı Bencaminin ağır itkisi barədə də bəhs edib”.

Kuo yazır: “Anamın Elvisin qızı olmasından başqa, çox az adam onun həqiqətən kim olduğunu bilmək imkanına malik idi. Mənə onun tərcümeyi-halını nəşrə hazırlamaq üzərində işləmək imkanı verildi və acı da olsa, bu, bir imtiyaz idi”.

Liza Mari Presli 2023-cü ilin yanvarında, 54 yaşında bir neçə il əvvəl keçirdiyi cərrahiyyə əməliyyatından sonra bağırsaq problemi səbəbindən qəflətən vəfat edib. Cəsəd 1977-ci ildə atasının öldüyü gün Tennessi ştatının Memfis şəhərindəki Qreyslend ailə mülkünün ərazisində dəfn edilib.

Liza Mari Elvis və Priscillanın yeganə övladı idi və Qreyslenddə böyüdü. O, müğənni oldu və üç albom buraxdı: “To Who it May Concern”, “Now What” və “Storm & Grace”. Otuz dörd yaşlı Reyli Kou bu gün Qreyslendin yeganə qəyyumudur. Bir aktrisa kimi müxtəlif filmlərdə oynayıb.

Kou memuarın yazıldığı audiokitabı oxuyacaq, orada yuxarıda qeyd olunan səsyazmalarda Liza Marinin səsi də yer alacaq. O, çap nəşri ilə eyni vaxtda buraxılacaq. Reyli bildirib: “Mən indi anamı ən həssas və ən dürüst halında bölüşməkdən çox həyəcanlıyam və bunu etməklə ümid edirəm ki, oxucular da anamı mənim qədər sevəcəklər”.

Elvisin nəvəsi sosial şəbəkə hesabında yazıb: “Anamın kitabının təqdimatına kömək etməkdən şərəf duyuram. Onun tərcümeyi-halı oktyabrda @randomhouse ilə yayımlanacaq və onu indidən sifariş edə bilərsiniz”.

İntizar Əmirova

Oxşar xəbərlər

Böyük Britaniyanın Baş naziri Kir Starmer COP29-a dəvət olunub

Bugün TV

Bir avtobusda 29 kilo narkotik ələ keçirildi

Bugün TV

İtaliyanın şimalında Parma şəhəri yaxınlığında helikopter qəzaya uğradı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu