19 C
Baku
13 Sentyabr 2025, 2:39
Siyasət

Əmək və sosial siyasət komitəsinin iclası keçirildi

“Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2025-ci ilin payız sessiyasında ilk iclası keçirilib” – Bugun.tv xəbər verir ki, bu barədə məlumatı Milli Məclisin deputatı Vüqar Bayramov paylaşıb.

Deputat qeyd edib ki, iclası komitə sədri Musa Quliyev açıb və yeni sessiyada komitənin fəaliyyətinə uğurlar arzulayıb: “Musa Quliyev qeyd edib ki, iclasın gündəliyinə 2 məsələ daxil edilib. Komitə sədri, ilk növbədə, 2025-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində Milli Məclisin Əmək və sosial siyasət komitəsinin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, ötən sessiya dövründə komitənin 14 iclası keçirilib, ümumilikdə 23 məsələyə baxılıb.

Bildirilib ki, 2025-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitəyə ümumilikdə 570 sənəd, o cümlədən vətəndaşlardan 337 ərizə, nazirliklərdən və idarələrdən 233 cavab məktubu daxil olub”.

Aynur Camal

Oxşar xəbərlər

Avropa İttifaqı Qəzzada dərhal atəşkəs elan etməyə çağırdı

Aynur Camal

Paşinyan Blinkenlə Azərbaycanla münaqişənin gərginləşməsindən danışdı

Bugün TV

Volodimir Zelenski çinli həmkarı ilə telefon danışığı aparıb

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu