“Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2025-ci ilin payız sessiyasında ilk iclası keçirilib” – Bugun.tv xəbər verir ki, bu barədə məlumatı Milli Məclisin deputatı Vüqar Bayramov paylaşıb.
Deputat qeyd edib ki, iclası komitə sədri Musa Quliyev açıb və yeni sessiyada komitənin fəaliyyətinə uğurlar arzulayıb: “Musa Quliyev qeyd edib ki, iclasın gündəliyinə 2 məsələ daxil edilib. Komitə sədri, ilk növbədə, 2025-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində Milli Məclisin Əmək və sosial siyasət komitəsinin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, ötən sessiya dövründə komitənin 14 iclası keçirilib, ümumilikdə 23 məsələyə baxılıb.
Bildirilib ki, 2025-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitəyə ümumilikdə 570 sənəd, o cümlədən vətəndaşlardan 337 ərizə, nazirliklərdən və idarələrdən 233 cavab məktubu daxil olub”.