11 C
Baku
12 Mart 2025, 18:28
Baş xəbər

Əməkdar artistin təşəbbüsü ilə Ramazan ayı münasibəti ilə iftar süfrəsi təşkil edilib – FOTOLAR

Əməkdar artist Elnarə Abdullayevanın təşəbbüsü ilə Ramazan ayı münasibəti ilə iftar süfrəsi təşkil edilib. İftar süfrəsinə Azərbaycan və Türkiyədən ziyalılar, tanınmış sənətçilər, iş insanları və mətbuat nümayəndələri iştirak edib.

Elnarə Abdullayeva qonaqları salamlayaraq, müqəddəs Ramazan ayı münasibəti ilə qonaqları təbrik edib və ən xoş arzularını çatdırıb.

Bugun.tv-xəbər verir ki, iftar süfrəsində qonaq qismində iştirak edən Türkiyə səfirliyinin mətbuat müşaviri Dr. Alptekin Cihangir İşbilir qonaqları salamlayaraq iki qardaş ölkənin münasibətlərinin Türk dünyası dövlətləri üçün nümunə olduğunu bildirib. Müşavir iki ölkə arasında əlaqələrin elm, təhsil və mədəniyyət sahəsində olduğu kimi Türkiyə-Azərbaycan media platforması çərçivəsində də uğurla inkişaf etdiyini vurğulayıb.

Mətbuat müşaviri, bu cür mədəni fəaliyyətlərin əlaqələrin daha da dərinləşməsinə və genişlənməsinə böyük töhfə verəcəyini nəzərə çatdırıb və ev sahibliyi üçün Elnarə Abdullayevaya və Azərbaycan-Türkiyə əlaqələrində gördüyü əvəzolunmaz layihələrə görə Samiralı Usuboğluna təşəkkür edərək “Biz eyni irfan və mədəniyyət ruhundan bəslənirik. İndi bu ruhu yenidən canlandırma vaxtıdır.”, – deyə bildirib.

Çıxış edənlər Türkiyə və Azərbaycanın qardaş və dost ölkələr olduğu kimi bu tədbirin birlik və qardaşlıq ruhunu əks etdirdiyini ifadə edib.

Əməkdar artist Elnarə Abdullayeva, tədbir boyunca musiqiçilərinin müşayiəti ilə Azərbaycan və Türk musiqilərini ifa edərək əsrarəngiz səsi ilə qonaqların könlünü fəth edib.

Aynur Camal

Oxşar xəbərlər

Zelenski: Rusiya son bir həftədə 1200 idarə olunan bomba ilə hücum etdi

Aynur Camal

Avropa və ABŞ Ukraynaya nüvə silahı verəcək?

Aynur Camal

Daha bir miqrant qayığı batıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu