Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif edilənlər sırasında BuGünTV – nin və Media Tədris Mərkəzinin rəhbəri əməkdar jurnalist Elnarə Dərziyeva da var.
Bu mükafat Azərbaycan Prezidenti İlham Əliyevin cəmiyyətin inkişafında mühüm rol oynayan jurnalistlərin əməyinə verdiyi yüksək qiymətdir.
Yubiley medalı dövlət başçısının 20 fevral 2025-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş müvafiq qanunvericilik dəyişiklikləri əsasında təsis edilib.
Elnarə Dərziyeva göstərilən bu yüksək dövlət diqqəti və etimada görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirir.

