19 C
Baku
28 İyun 2025, 8:29
Digər

Əməkdar memarımızın doğum günüdür

“Bakı Soveti” (“İçərişəhər”) metrostansiyasının, Tarix Arxivinin, Sənaye Nazirliyinin binaları, Bakı, Sumqayıt, Mingəçevir, Lənkəranda yaşayış binalarının, Mikayıl Müşfiq, Həzi Aslanovun heykəllərinin müəllifi, əməkdar memarımız Şəfiqə Zeynalovanın doğum günüdür (1922-1979)”.

Bu barədə məlumatı araşdırmaçı jurnalist Anar Tağıyev öz sosial media hesabında paylaşıb.

O qeyd edib ki, dəmirdən və şüşədən ucaldılmış ilk 17 mərtəbəli göydələnlərdən biri məhz Şəfiqə Zeynalova tərəfindən düşünülüb. Şıx çimərliyi yaxınlığında ucaldılmış Xəzər bioloji stansiyası binasının layihə müəllifidir. Layihə bəyənilsə də, gerçəkləşdirilməyib. Bu təkcə Cənubi Qafqazda deyil, bütün SSRİ-də balıq və digər dəniz heyvanları yetişdirmək üçün ən böyük və müasir stansiya olmalı idi. Son əsərləri indi Azərbaycan Republikası Xarici İşlər Nazirliyinin yerləşdiyi binanın və Bakı Dəmiryol Vağzalının binasının layihəsidir. Keçmiş 28 Aprel (indi 28 May) küçəsi onun peşəkar karyerasının zirvəsi olmalı idi. Memar həmin küçədə çoxmərtəbəli binaların tikilməsi üçün layihələr hazırlamaq barədə düşünürdü, amma ağır xəstəlik onu düşündüklərini həyata keçirməsinə imkan verməyib.

Aynur Camal

Oxşar xəbərlər

Koronavirus infeksiyası laxtalanma sistemində dəyişikliyə səbəb ola bilər

Aynur Camal

Göyçayda narkomaniyaya aid maarifləndirici tədbir keçirildi

Kəmalə Sultan

Azərbaycanın hazırkı prezidenti seçkilərdə 92 faizdən çox səslə liderdir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu