Paytaxtın Xətai rayonu ərazisində 1971-ci il təvəllüdlü Fətullayev Arif Yusif oğlunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Bugun.tv – yə bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülüb.
Əməliyyat nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun A.Fətullayevin qardaşı oğlu 1984-cü il təvəllüdlü Fətullayev Elməddin Yunis oğlu olduğu müəyyən edilib.
İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı araşdırmalar aparılır.
