34 C
Baku
27 İyul 2025, 10:40
Baş xəbər

Emin Əmrullayev məzunları təbrik etdi

Bugun.tv xəbər verir ki, Elm və Təhsil Naziri Emin Əmrullayev özünün facebook səhifəsində son zəng məzunlarını təbrik edib.

“Tədris ilimizə Ağalı kənd tam orta məktəbində ilk zənglə başladıq. Ardınca isə Talış və Suqovuşan kənd tam orta məktəbləri istifadəyə verildi.

Bu gün Azərbaycanın bütün bölgələrində yerləşən ümumi təhsil müəssisələrində “Son zəng” 🔔 – çalınır.

Bu əlamətdar gündə Naxçıvanda ulu öndər Heydər Əliyevin adını daşıyan məktəbdən ölkə üzrə məzun olan 98 649 şagirdimizin hər birini təbrik edir, gələcək həyatlarında uğurlar arzulayıram.

Gününüz mübarək, əziz məzunlar!”

Aynur Camal

Oxşar xəbərlər

Türkiyə Böyük Millət Məclisində ‘Fələstin’ xüsusi iclası

Bugün TV

Yanğın zonasına yaxın yaşayanlara maska xəbərdarlığı gəldi

Aynur Camal

Ötən son iki sutka ərzində baş verən cinayətlərin xülasəsi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu