Bugun.tv xəbər verir ki, Makron siyasi partiyaları ölkənin maliyyə problemləri qarşısında məsuliyyətli davranmağa və razılıq yolları tapmağa çağırıb. Onun sözlərinə görə, hazırkı vəziyyət qətiyyən çıxılmaz deyil və mövcud vəziyyətlə bağlı heç olmasa ortaq bir anlaşma olmalıdır.
“Fransua Bayru siyasi qüvvələri ölkənin borc yükü qarşısında məsuliyyətə çağırmaqda haqlıdır. Müxtəlif həll yolları ilə bağlı fikir ayrılıqları ola bilər, amma vəziyyətin ağırlığına dair ortaq fikir formalaşmalıdır”, – deyə Makron vurğulayıb.
