Dünya

Emmanuel Makrondan ‘süni intellekt’ qiymətləndirməsi

Süni intellektlə bağlı qiymətləndirmələr edən Makron, süni intellekt sahəsinə 109 milyard avro sərmayə qoyulacağını ifadə edərək, daha çox məlumat mərkəzlərinə ehtiyaclarının olduğunu vurğulayıb.

Paytaxt Parisdə Fransa və Hindistanın həmsədrliyi ilə Süni İntellekt Fəaliyyət Sammiti keçirilib.

Fransa prezidenti Emmanuel Makron sammitin ilk günündə çıxış edib.

Süni intellekti “inkişafa xidmət edən mühüm texnoloji inqilab” olaraq xarakterizə edən Makron, bu texnologiyanın daha yaxşı həyat üçün bəşəriyyətə xidmət etməli olduğunu bildirib.

Macron, yerli və xarici aktyorların Fransada süni intellekt sahəsinə 109 milyard avro sərmayə qoyacağını təsdiqləyərək, bunun öz ölkələrində qurulacaq yeni məlumat mərkəzləri və böyük fransız şirkətləri ilə razılaşmalar demək olduğunu bildirib.

Süni intellektin bir çox faydası olsa da, “yaradıcılığın” insana əsaslanan bir xüsusiyyət olduğunu qiymətləndirən Makron, “Müəllif hüquqlarını və qonşu hüquqları qorumağa davam edəcəyik. İnsan yaradıcılığını qorumağa davam edəcəyik” deyib.

Makron süni intellekt texnologiyasını insanların sürətlənməsini təmin edən “köməkçilərə” bənzədib və bu sahədə uşaqları qorumağa davam edəcəklərini vurğulayıb.

“Biz süni innovasiyadan həyatımızı yaxşılaşdıran innovasiyaların sürətləndiricisi kimi istifadə etmək istəyirik.” Makron daha çox məlumat mərkəzlərinə ehtiyaclarının olduğunu vurğuladı.

Makron bu mərkəzlərin yaradılması üçün ölkədə 35 bölgə müəyyən etdiklərini bildirib.

Sabah başa çatacaq Süni İntellekt Fəaliyyət Sammitində bir çox dövlət başçıları, nazirlər və dünyanın aparıcı texnologiya şirkətlərinin nümayəndələri iştirak edir.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

WhatsApp-a yeni funksiya – Faylları paylaşmaq mümkün olacaq

Aynur Camal

27 min qızılbalıq qaçdı, tapanlara mükafat veriləcək

Aynur Camal

ABŞ hökumətinin bağlanmasına saatlar qaldı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu