Image default
Baş xəbər

Əməkdar artist Cabir İmanov vəfat edib

Azərbaycanın mədəniyyət ictimaiyyətinə itki üz verib. Tanınmış aktyor, Əməkdar artist Cabir İmanov 29 sentyabr 2025-ci il tarixində, 49 yaşında vəfat edib.

Cabir Qorxmaz oğlu İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1992–2001-ci illərdə “Parni iz Baku” KVN komandasının üzvü olub. 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay kubokunun sahibi, 2000-ci ildə isə KVN “Əsrin çempionu” adına layiq görülüb. 2001-ci ildən “Planet Parni iz Baku” KVN Teatrının aktyoru idi.

Bir sıra filmlərdə maraqlı obrazlar canlandıran Cabir İmanovun sənəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 2015-ci ildə “Əməkdar artist” fəxri adı, 2021-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi Əməkdar artist Cabir İmanovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin.

Aynur Camal

Oxşar xəbərlər

Dünya Kubokunun finalı ABŞ-da rekord izləyici sayı topladı

Aynur Camal

Anar İsgəndərov: Həsən bəy Zərdabi ilə başlanan Milli Mətbuatımız

Aynur Camal

Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi yayılan iddialarla bağlı rəsmi açıqlama verdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu