Üzə əncir çəkməyin effektləri sizi təəccübləndirəcək. Əncirin dəri sağlamlığı üçün faydaları bütün qulluq rutininizi dəyişəcək.
Əgər sızanaq, yağlılıq, solğun dəri kimi problemlər yaşayırsınızsa, buna laqeydlik etməməlisiniz.
Dəriyə qulluq sağlam və canlı görünüş üçün ilk qaydadır. Və bunu təbii şəkildə edə bilərsiniz.
Mütəxəssislər “əncir”i xüsusilə qeyd ediblər.
- Təzə əncir: Təzə ənciri əzmək və ya dilimləmək və birbaşa dərinizə sürtmək olar. Bir neçə dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun.
- Əncir maskası: Əzilmiş ənciri qatıq və ya balla qarışdıraraq maska hazırlaya bilərsiniz. Bu maskanı dərinizə çəkin, 15-20 dəqiqə saxlayın, sonra ilıq su ilə yuyun.
- Əncir yağı: Əncir yağı dəri baxımında da istifadə edilə bilər. Yağı təmiz pambıq yastığı ilə dərinizə çəkib yumşaq bir şəkildə masaj edə bilərsiniz. Əncir tərkibindəki yüksək su və təbii şəkər sayəsində dərini nəmləndirir.
- Əncirin tərkibində A, C və E vitaminləri və kalium, maqnezium və sink kimi minerallar var. Bu qidalar dərinin sağlamlığını dəstəkləyir və dəri toxumasını yaxşılaşdırmağa kömək edə bilər.
- Əncirin tərkibində olan təbii turşular və fermentlər yumşaq soyma effekti verir.
- Dərinin Elastikliyi: Əncirin tərkibində olan vitaminlər və minerallar kollagen istehsalını dəstəkləyə və dərinin elastikliyini artıra bilər.
Mənbə: EnSonHaber