Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna ABŞ-la əldə olunan razılaşmaya baxmayaraq, son 24 saat ərzində enerji infrastrukturuna 4 dəfə hücum edib.
Məlumat da deyilir: “Ukrayna ordusu son 24 saat ərzində Rusiyanın Kursk, Rostov, Krasnodar və ilhaq olunmuş Zaporojya ərazilərindəki enerji infrastruktur obyektlərinə artilleriya və pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar həyata keçirib”.
Hücum nəticəsində bölgələrdəki bəzi yaşayış məntəqələrində elektrik enerjisinin kəsildiyi bildirilən açıqlamada, “8 PUA ilə hücumun həyata keçirildiyi Krasnodar bölgəsindəki “Korenovskaya” kompressor stansiyası “Türk axını” təbii qaz boru kəmərini qazla təmin edir. Stansiyaya ziyan dəyməyib. Kiyev administrasiyası beynəlxalq enerji obyektlərinə məqsədli şəkildə hücum edib.
“Kiyev administrasiyası Rusiya ilə ABŞ arasında martın 18-dən etibarən enerji elementlərinə hücumları 30 gün müddətinə dayandırmaq barədə razılaşmanı pozaraq, birtərəfli qaydada Rusiyanın enerji infrastrukturuna zərbə endirməkdən əl çəkməyib”, – deyə məlumatda bildirilir.
ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında martın 18-də keçirilən görüşdən sonra Rusiya və Ukraynanın enerji infrastrukturu obyektlərinə hücumları 30 gün müddətinə dayandırmaq barədə razılığa gəldiyi bildirilib.
Mənbə: İlkha