10 C
Baku
16 Aprel 2025, 21:32
Hadisə

Eniş zamanı dünyasını dəyişdi

Bugun.tv xəbər verir ki, Çilinin LATAM aviaşirkətinə məxsus Çilinin cənubundakı Punta Arenas şəhərinə uçan təyyarədə faciəli hadisə baş verib. Britaniyalı turist həyat yoldaşı ilə Karlos İbanez del Kampo hava limanına enərkən 59 yaşlı kişi dünyasını dəyişib.

Həyat yoldaşının yanında oturarkən heç bir xəstəlik əlaməti göstərməyib. Dünyasını dəyişən şəxs üçün hava limanına adam cinayət polisi gəlib.

İxtisaslaşdırılmış bölmənin komissar müavini Dieqo Diaz kişinin ölümünü təsdiqləyib.

Mirror-un məlumatına görə, Diaz yerli mətbuata açıqlamasında bunları deyib:

”Yerli prokurorların göstərişi ilə Çiliyə gedən təyyarədə 59 yaşlı britaniyalı turistin ölümündən sonra Punta Arenas Cinayət Detektivləri hava limanına getdilər. Birləşdirici uçuşdan əvvəl britaniyalı turistin təyyarədə öldüyü müəyyən edilib və hər hansı cinayət əməlinə dair heç bir sübut yoxdur. Britaniyalı turistin həyat yoldaşı da bildirib ki, onun ölümünün altında yatan səbəb bir neçə sağlamlıq problemi ola bilər.

Digər tərəfdən ingilis turistin üzərində yarılma aparılacağı və ölüm səbəbinin təbii səbəblərdən olub-olmamasının müəyyən ediləcəyi açıqlanıb.

Mənbə trthaber

Aynur Camal

Oxşar xəbərlər

9-cu sinif şagirdi psixotrop zəhərlənmə ilə xəstəxanaya yerləşdirildi.

Aynur Camal

Yük maşını ilə avtomobil toqquşdu: 1 ölü, 1 yaralı var

Bugün TV

1 nəfərin öldüyü, 6 nəfərin yaralandığı silahlı hücuma görə 3 nəfər saxlanıldı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu