Yəməndəki Ənsarullah hərəkatı 7 oktyabr 2023-cü ildə başlayan Əqsa tufanı əməliyyatından sonra ABŞ, sionist rejim və İngiltərəyə bağlı 193 gəmini hədəf aldıqlarını açıqlayıb.
Yəmən Ənsarullah hərəkatının lideri Əbdülməlik əl-Husi birinci ilini tamamlayan Əqsa tufanı əməliyyatını dəyərləndirib.
Əl-Mesira televiziyasında son bir ildəki inkişaflarla bağlı açıqlamalar verən əl-Husi, “Fələstin xalqının Yəmən cəbhəsindəki qələbəsi üçün dini, əxlaqi, humanitar və prinsipial mövqeyimizi davam etdiririk” deyib.
Sionist rejimin Qəzzada qətliam və soyqırımlara başladığı gündən bəri işğal olunmuş ərazilərə mindən çox raket atdığını bildirən əl-Husi, Qırmızı dənizdə ABŞ, İngiltərə və sionist rejimə bağlı 193 gəmini hədəf aldıqlarına diqqət çəkib.
Əbdülməlik əl-Husi işğalçı ABŞ, sionist rejim və İngiltərənin Yəmənə qarşı 774 hücum təşkil etdiyini, bu hücumlarda 82 nəfərin şəhid olduğunu, 340 nəfərin isə yaralandığını bildirib.
Əbdülməlik əl-Husi hərbi güclərini artırmağa çalışdıqlarını vurğulayaraq, qeyd olunan müddətdə “Amerikanın 11 silahlı pilotsuz uçuş aparatını (PUA) vurduqlarını” sözlərinə əlavə etdi.
Mənbə: İLKHA