21 C
Baku
15 Mart 2025, 17:19
Baş xəbərDünya

Ər-Riyadda Qəzza zirvəsi! Ərəb ölkələri deportasiyaya alternativ axtarırlar

Ərəb ölkələri ABŞ prezidenti Trampın fələstinliləri öz torpaqlarından çıxarmaq məqsədi daşıyan Qəzza planına alternativ axtarır. Bu gün Ər-Riyadda beş ölkə tərəfindən hazırlanacaq planın martın 4-də geniş şəkildə iştirak edən Ərəb Liqası Sammitində digər üzvlərə təqdim ediləcəyi gözlənilir. ABŞ prezidenti Donald Trampın qalmaqallı Qəzza planına alternativ axtaran ərəb liderləri bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda görüşür. Sammitdə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmandan başqa Misir, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətər liderləri iştirak edir. Qəzzəyə ABŞ tərəfindən nəzarət edilməsini və sakinlərin deportasiyasını müdafiə edən Trampa reaksiya verən ərəb liderləri, martın 4-də Qahirədə keçiriləcək Ərəb Liqasının daha əhatəli iclasından əvvəl minimum ortaq nöqtəyə gəlməyə çalışacaqlar.

Trampa ortaq cavabın gözlənildiyi sammitdə Fələstin torpaqlarını kimin idarə edəcəyi, yenidənqurma xərclərini kimin qarşılayacağı kimi məsələlər müzakirə olunacaq. Həmas-ın Qəzzanın gələcəyində rolunun olub-olmayacağının da müzakirə ediləcəyi gözlənilir. Middle East Monitor-un məlumatına görə, iclasda hazırlanacaq plan martın 4-də Qahirədə keçiriləcək Ərəb Liqasının fövqəladə sammitində digər üzv ölkələrə təqdim olunacaq. Misir prezidenti Əbdülfəttah əs-Sisi keçən həftə fələstinliləri köçürmədən Qəzzanın yenidən qurulması üçün hərtərəfli plan hazırladıqlarını təsdiqləyib.

Ərəb mediasında müzakirə edilən alternativ planlardan birinə görə, Qəzzanı Həmassız idarə edəcək Fələstin milli komitəsinin yaradılması gündəmdədir. Misirin təklif etdiyi plana görə, Qəzzanın yenidən qurulması üçün üç il ərzində ərəb və körfəz ölkələrindən ən az 20 milyard dollar toplanması hədəflənir. Ötən gün Middle East Eye xəbər saytı alternativ plan hazırlayan Misir və İordaniyanın ABŞ prezidenti Trampı Qəzzadan məcburi köç etmək fikrindən daşındırmağa müvəffəq olduğunu iddia etmişdi. Xəbərdə İordan çayının qərb sahilindəki Həmas və Fələstin Muxtariyyətinin rəsmilərinin yeni administrasiya üçün kənara çəkilməyə razılaşdıqları da iddia edilib.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

“Əlil Qadınlar Cəmiyyəti” jurnalistlər üçün təlim keçirib

Bugün TV

Misir: Rəfahın qapısı açıqdır, İsrail Qəzzaya yardımı qəbul etmədi

Bugün TV

İctimai Şura üzvləri nəzarət səfəri ediblər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu