Dünya

Ərdoğan Fatih Karahanı Mərkəzi Bankın rəhbəri təyin etdi

Bugun.tv xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, rəsmi hökumət qəzetində dərc olunan prezidentin fərmanına əsasən, Mərkəzi Bankın müdir müavini Fatih Karahanı tənzimləyici orqanın ən yüksək vəzifəsinə yüksəldib.

Fərman dərc olunduqdan sonra qüvvəyə minib.

2023-cü ilin iyul ayında Türkiyə mərkəzi bankında işə başlamazdan əvvəl Karahan Nyu-York Federal Ehtiyat Bankında və Amazon.com-da baş iqtisadçı kimi çalışıb.

Keçmiş qubernator Hafize Gaye Erkan, ailəsinə zərər verə biləcək qarayaxma kampaniyasının hədəfi olduğunu deyib. Cümə günü istefa verib. Erkanın rəhbərliyi altında inflyasiyanın qarşısını almaq üçün mərkəzi bankın əsas faiz dərəcəsi 8,5%-dən 45%-ə qaldırılıb.

Mənbə tass

Aynur Camal

Oxşar xəbərlər

Rusiya Ukraynaya qarşı böyük dron hücumu həyata keçirdi: ən azı 7 nəfər həlak oldu

Aynur Camal

Lübnan İran səfirini “arzuolunmaz şəxs” elan edib

Aynur Camal

İran və Çin xarici işlər nazirləri görüşüb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu