Image default
Baş xəbərDünya

Ərdoğan NATO liderlərinə xatirə hədiyyəsi olaraq revolver təqdim etdi

Bugun.tv xəbər verir ki, Türkiyədə keçirilən NATO Liderlər Zirvəsinin sonunda Prezident Rəcəb Tayyib Ərdoğan alyansa üzv ölkələrin liderlərinə qeyri-adi hədiyyə təqdim edib. Zirvədə iştirak edən hər bir dövlət və hökumət başçısına Türkiyədə istehsal olunmuş xüsusi kolleksiya revolveri və döyüş sursatı verilib.

CNN-in məlumatına görə, hədiyyə 1990-cı illərdə Türkiyənin MKE şirkəti tərəfindən istehsal edilən Gümüşay .357 Magnum modelidir. Revolverlər Türkiyə bayrağı və NATO loqosu ilə bəzədilmiş taxta qutularda təqdim olunub, hər birinin üzərinə isə müvafiq liderin adı həkk edilib.

Bəzi ölkələr təhlükəsizlik qaydalarına uyğun olaraq silahları dərhal xüsusi mühafizəyə götürüb. Belçikanın Baş naziri Bart De Vever revolveri Brüssel hava limanının polis bölməsinə təhvil verib. Polşa Prezidenti Karol Navrotskinin hədiyyəsi gömrük rəsmiləşdirilməsindən sonra təhlükəsiz yerdə saxlanılacaq. Niderland və İsveç rəhbərlərinin revolverləri isə Ankaradakı səfirliklərə göndərilib.

Böyük Britaniyanın Baş naziri Kir Starmerə təqdim olunan dəstdə silahın təmizlənməsi üçün ləvazimat və 500 ədəd patron da yer alıb. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen revolveri hərbi muzeyə bağışlamağı planlaşdırır. Yunanıstan və Kanada rəhbərləri də hədiyyələrin muzeylərdə nümayiş etdirilə biləcəyini bildiriblər.

CNN qeyd edir ki, bu addım Türkiyənin son illərdə sürətlə inkişaf edən müdafiə sənayesinin imkanlarını nümayiş etdirmək məqsədi daşıyır.

Mənbə: CNN

Aynur Camal

Oxşar xəbərlər

ABŞ və İran arasında gərginlik yenidən artır, Yaxın Şərqdə vəziyyət həssas olaraq qalır

Aynur Camal

Tramp dövrünün memarlıq siyasətinin ilk nümunəsi ABŞ-da müzakirələrə səbəb oldu

Aynur Camal

Seldən sonra 900 ilan fermadan qaçaraq kəndə yayıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu